iranİran qonşu ölkədə İraq Şam İslam Dövləti (İŞİD) ekstremistlərinin qarşısını almaq üçün İraqa ordu hissələri yeridib. Beləliklə, Tehran və Vaşinqton yaranmış vəziyyətdə eyni mövqedən çıxış etməli olublar.
«The Guardian» qəzetinin məlumatına görə, son 48 saat ərzində İran İraq ərazisinə 2 minlik seçmə döyüş hissələri göndərib.
DAHA BİR KƏRBƏLA MÜSİBƏTİ?
ABŞ-ın «Wall Street Journal» qəzetinin müxbiri də Beyrutdan xəbər verir ki, «əl-Qaidə»yə bağlı sünni islamçıların İraqdakı hərbi uğurlarından narahat olan Tehran İraqa artıq İnqilab Keşikçiləri Korpusunun döyüşçülərini göndərib.
İranın təhlükəsizlik xidmətinə yaxın mənbələr də qəzetə bildiriblər ki, Bağdadı, müqəddəs şiə şəhərləri Kərbəla və Nəcəfi müdafiə etmək üçün İran bu həftə İraqa İnqilab Keşikçiləri Korpusunun iki birləşməsini göndərib.
«Wall Street Journal» yazır ki, İranın İraqdakı hadisələrə müdaxiləsi Ağ ev üçün əlavə təhlükəsizlik qayğıları yaradacaq, çünki bu halda ABŞ və İran qeyri-ixtiyari müttəfiqə çevriləcəklər. Kərbəla Kərbəla
ABŞ İranın Suriya prezidenti Bashar al-Assad-a dəstək verməsini istəməsə də, Tehranın İraqın baş naziri al-Maliki-yə köməyinə etiraz etmir.
Qəzet xəbər verir ki, İranın Qüds Qüvvələrinin komandanı general-mayor Qasem Solaimani bu həftə Bağdadda olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?