Moderator.az "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, İran general Kasim Süleymaninin öldürülməsindən sonra İraqda bölgəni yaxşı bilən və proseslərin içində olan bir şəxsə və ya gücə, təşkilata ehtiyacını həll edib.
Livanda yerləşən Hizbullah terror təşkilatı İraqdakı İran tərəfdarı şiə qruplarının hərbi təlimini öz üzərinə götürməyə qərar verib. Bunun üçün Hizbullah lideri Həsən Nəsralla təlimatçılarını İraqa göndərib. Bu qərar yanvarın 3-də Hizbullaha rəhbərlik edən və İraqdakı iranyönümlü qrupları təlimləndirən İran generalı Kasim Süleymaninin öldürülməsindən qısa müddət sonra verilib.
Beləliklə, Nəsralla Süleymani və Əl-Mühəndisidən sonra yaranan boşluğu doldurmağa çalışır. Bununla yanaşı, Hizbullahın İraqa nə hərbçi, nə də hərbi texnika göndərmədiyi, ancaq Şeyx Məhəmməd Əl-Kavtaraninin rəhbərlik etdiyi "siyasi təlimatçılar”ı göndərdiyi qeyd olunur. İraqdakı İran tərəfdarı qruplar Yaxın Şərqdə nüfuz və güc yaymaq üçün İran layihəsinin vacib hissəsidir. Təsadüfi deyil ki, ömrünün son dövründə Süleymani İraqdakı iranyönümlü qüvvələr ilə əlaqələri xeyli möhkəmləndirmişdi.
Xatırladaq ki, Süleymani ilə Nəsralla arasında iranlı generalın vəfatına qədər davam edən yaxın əməkdaşlıq olub. Bağdada son ziyarətindən əvvəl Sülejmani Beyrutda Nəsrallanı ziyarət etmişdi. Amerika mənbələri bildiriblər ki, onların fikrincə İranın Nəsrallanın nüfuzundan və münasibətlərindən öz maraqları üçün istifadə etməyə çalışacağı gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?