“Mən seçki prosesində hər hansı namizədə üstünlük vermirəm”
"Əsas hədəfimiz demokratik seçkinin keçirilməsidir".
SalamNews xəbər verir ki, bunu jurnalistlərə ABŞ-nın ölkəmizdəki səfiri Riçard Morninqstar seçkiqabağı mühiti qiymətləndirərkən deyib.
O bildirib ki, seçkiqabağı prosesin düzgün və şəffaf olacağına əmindirlər: “Müşahidələrimiz bunu sübut edir ki, Azərbaycanda seçkiqabağı vəziyyət yaxşıdır və namizədlər üçün bütün şərait yaradılıb. Mən hesab edirəm ki, bu seçkilər Azərbaycan üçün çox vacibdir və bu, xalqın müqəddaratını müəyyən edəcək”.
Səfir deyib ki, diplomtlar hansı ölkədə olursa olsun, hər hansı namizədi dəstəkləməməlidir: “Yalnız mövcud vəziyyəti qiymətləndirə bilərlər. Mən seçki prosesində hər hansı namizədə üstünlük vermirəm. Əsas olan odur ki, seçki demokratik keçirilsin”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?