Bu gün rabitə sistemində olan neqativ hallar heç kimə sirr deyil. Təkcə bir mənzərəni göz özünə gətirin və özünüz nəticə çıxardın. XXI əsrdə binaların giriş hissələrində toz basmış hörümçək toruna oxşayan telefon xətləri hər şeyi aydın göstərir. Budur, XXI əsrin rabitə sistemi, cənab Abbasov? Əli Abbasovun birbaşa tabeçiliyində olan rabitə qurumlarından biri də “ULTEL” MMC-dir. Bu gün “Ultel” şirkətində özbaşınalıq, qanusuzluqlar baş alıb gedir. Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan məlumata görə müştərilər saatlarla şirkətin müştəri xidmətinə zəng etsələr də telefonun dəstəyin qaldıran olmur, cavab verəndə də elə kobud cavab verirlər ki, adam zəng elədiyinə peşiman olur. Bəli, “Ultel”in vətəndaşlara yaratdığı problemlər bitmək bilmir. Keyfiyyətsiz internet xidməti göstərən şirkətin əməkdaşlarını ünvana çağıranda sifariş pullu qəbul olunur. Sonra isə əməkdaş çağrılan ünvana qəlib internetdə, yaxud da modemdə olan problemi aradan qaldıra bilməsə də, müştəri hökmən pul ödəməlidir. Şirkətlər, agentliklər “Ultel” şirkətinə telefon çəkilməsi ilə bağlı müraciət edəndə əvvəlcə telefonun çəkilişinin qiymətinin 30 manat olduğunu söyləyirlər, sonra isə şirkətin texniki şöbəsinin vasitəsi ilə “Ultel” şirkətinin rəhbərinin adından 50 metr məsafəyə kabel çəkilişinə görə 700 manat pul tələb edirlər. “Ultel”in müştəri xidmətindən isə heç danışmağa dəyməz. Müştəri xidmətinə yaxınlaşanda müştərini gülərüzlə qəbul etmək əvəzinə, xidmətin əməkdaşları onlara kobud cavab verirlər. Həftənin elə bir günü olmur ki, müştərilərlə operatorların arasında mübahisə hadisəsi baş verməsin. Dəfələrlə texniki şöbənin pul tələbi ilə bağlı vətəndaşlar haqlı iradlarını bildirəndə texniki şöbədən bildiriblər ki, “Ultel” şirkəti nazir Əli Abbasova məxsus olduğuna görə qiymət problemi bizdən asılı deyil. “Ultel” MMC-nin baş direktoru Əsgərov Əliqiyam isə cənab nazirin ən sevimli kadrıdır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?