Salam Cənab Prezident! Sabiq rabitə naziri Əli Abbasovun Ultel şirkəti mənim hüquqlarıma hörmət etmir! Məni gah öldürməklə kahda ki tutdurmaqla hədələyirlər. Üstümə qolu zorlu rekert və polis işciləri göndərirlər.
Mən Ultelin direktoru Əliqiyam Əsgərova dəfələrlə müraciət etsəmdə bizimlə halallaşmaq istəmir. Bir neçə dəfə mətbuat vasitəsiylə müraciətdə etmişik. İndi yeganə ümidimiz Sizsiniz cənab prezident. Bu oliqarxlar ayı əti kəsdirməkdən tutmuş dollarla samovar qalamaqdan və bir gündə öz məşuqələrinə dəyəri 100 min dollarlıq avtomobil və villa almağa qədər cəsarətə sahibdirlər. Amma bir aprel döyüşcüsünün əlindən alınan obyektin 8000 manat haqqını ödəmək istəmirlər.
Bu müraciəti Elşad Əzimov adlı şikayətçi yazıb. Şikayətçi yazır ki, onun əmlakı qanunsuz olaraq əlindən alınıb.
Müraciət müəllifi daha sonra yazır:
- Cənab prezident Ultel şirkəti 17 il müddətində mənim istifadəmdə olan yarızirzəmini qeyri qanuni yolla, əmlak komitəsiylə əlbir olaraq əldə edib. Həmin obyektin özəlləşməsi üçün Mənim əlimdə bütün sənədlər var idi. Pulumuda hazırlamışdım. Evim yandığına görə ziyana düşdüm pulum ona getdi. Sonrada oğlum aprel döyüşlərində yaralandı əlimdə olan pul yollarda xərcləndi getdi.
Əli Abbasovun işcisi Əliqiyam Əsgərova dəfələrlə müraciət etmişəm. Əliqiyam Əsgərov mənimlə halallaşmaq əvəzinə birdəfə məni ölümlə hədələdi. Sonrada mənim barədə polisə şikayət edib məni tutdurmaqla hədələyir. Mənim oğlum aprel döyüşlərində yaralanıb indidə müalicə alır. Heç olmasa bunasa hörmət qoysunlar.
Amma heç olmasa bizim haqqımızı tanısınlar bizimlə halallaşınlar. Cənab Prezident! Ultelin özəlləşdirdiyi obyekti oğlum aprel döyüşlərində yaralanmasaydı mən özəlləşdirə bilərdim. Çünki mən özəlləşmə üçün topladığım pulu oğlumun müalicəsinə və yollara xərclədim.
Əli Abbasov və Əliqiyam kimiləri yəqin ki, bizim kimi fəhlə sinifinə aid olan şəxslərə heç əl uzadıb görüşməyi belə özlərinə sığışdırmazlar. Çünki onlar milyardlarla əlləşir biz isə günorta naharda qayğanaq yemək üçün 2 manatı necə tapacağımızı düşünürük. Eybi yox qoy biz kasıbların uşaqları döyüşüb yaralansınlar, təki vətən sağolsun!
Cənab Prezident! Sizdən xahiş edirəm bizə kömək edin haqqımızı Əli Abbasov və Əliqiyam Əsgərov ödəsin! /gundeminfo.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?