GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mehdiabad 1 həftədir sussuzdur... Amma bu Z. Fərəcovu qətiyyən narahat etmir, çünki...

Mehdiabad 1 həftədir sussuzdur... Amma bu Z. Fərəcovu qətiyyən narahat etmir, çünki...

Tarix: 21-07-2014, 21:44 Bölmə :Manşet Baxış: 0
Mehdiabad 1 həftədir sussuzdur... Amma bu Z. Fərəcovu qətiyyən narahat etmir, çünki...


Mehdiabad 1 həftədir sussuzdur...
Amma bu Z. Fərəcovu qətiyyən narahat etmir, çünki...

Hazırda yayın qızmar vaxtıdır. Bu dövrdə insanların, ümumiyyətlə bütün canlıların suya olan tələbatı daha da artır. Yəni ilin bu zamanında canlı aləm mayedən daha çox istifadə etmək məcburiyyətindədir. Belə vəziyyət, bölgələrdəki rəhbər məmurları, eyni zamanda, əhalinin su ilə təminatına cavab verən qurumları ilin bu aylarında daha məsuliyyətli olmağa vadar etməlidir. Amma nə edəsən ki, bir sıra yerli məmurlar özlərinin şəxsi varlanmaq ehtirasından xilas ola bilmədiklərindən, onları əhalinin su problemi az qayğılandırır. Bunun nəticəsində də əhalinin su ilə bağlı yaranan problemləri öz həllini aylarla gözləməli olur.
Abşeron rayon Mehdiabad qəsəbəsində bir həftədir ki, su gəlmir. Problem bütün qəsəbəni əhatə edib. Bu isə qəsəbə sakinlərinin narazılığına səbəb olub. Narazılığın yaranması bir tərəfdən suyun olmaması ilə bağlıdırsa, digər tərəfdən də həmin hadisənin orucluq ayına düşməsi ilə bağlıdır. Ölkənin ghər yerində olduğu kimi Mehdiabad qəsəbəsində də əhalinin bir hissəsi oruc tutur. Bu insanlar günün müəyyən hissəsini ac və sussuz qaldığından, onların oruc açılan zaman su və qidaya böyük ehtiyacı yaranır. Amma nə edəsən ki, 1 həftədir, məmurlar su problemini həll etməmələri səbəbindən oruc tutan insanları sussuz qoymaqla çətin duruma salıblar. Hətta düşmən qüvvələr belə tutduqları ərazilərdə yerli əhalini su ilə sınağa çəkmir, xüsusən də, müqəddəs bayram ərəfəsində. Amma görünür, Azərbaycanda vəzifə sahibləri olan bəzi məmurlar əhalinin ramazan bayramını normal keçirmələrini istəmir. Bu səbəbdən də Mehdiabad qəsəbəsinə rəhbərlik edən şəxslər əhalini bir qurtum su ilə sınağa çəkib. Adətən, hər hansı bir yerdə su ilə bağlı problem yarandıqda, əvvəla alternativ məkandan həmin əraziyə su verilməlidir. Yəni proses elə qurulmalıdır ki, əhali su sarıdan korluq çəkməsin. Bu iş isə Mehdiabad qəsəbəsi rəhbərliyi, həmin inzibati ərazinin daxil olduğu Abşeron rayon icra başçısı Zakir Fərəcovun üzərinə düşür. Yəni bu şəxslər yaranmış problemin dərhal aradan qaldırılmasına birbaşa cavabdeh olmalıdırlar. Amma bir həftədir Mehdiabadda su yoxdursa, deməli, Zakir Fərəcov başda olmaqla əraziyə rəhbərlik edən bütün şəxslər yerlərində deyillər. Onlar yerlərində olsaydı, Mehdiabad sakinləri 7 gün sussuz qalmazdılar. Əlimərdan adlı qəsəbə sakini deyir ki, yayın qızmar vaxtında da qəsəbə susuzluqdan yanır: “Mehdiabadda sanki yezid peyda olub. Bu yezid müqəddəs bayram ərəfəsi bizim günümüzü qara etmək istəyir. Məmurlar hər addımbaşı ölkənin, onun rayonlarının inkişafından dəm vururlar. Bu nə inkişafdır ki, bir həftədir suya həsrət qoyublar. Adicə suyumuzu vermirlər. Keçən ayın sonlarından oruc tuturam. Bu zaman insanın lazımi anda suya tələbatı daha çox olur. Amma gəl ki, məmurlar bizi sudan məhrum edib. Görünür, bölgəmizə rəhbər təyin olunan məmurlar ya tapşırılan işin öhdəsindən gələ bilmir, ya da ümumiyyətlə istəmirlər. İcra başçısı Fərəcov başda olmaqla, buradakı məmurların hamısı vəzifəyə gələn kimi ancaq öz maraqlarının təmin edilməsinə çalışırlar. Əhalinin problemləri isə onları qətiyyən narahat etmir. Bu səbəbdən, Mehdiabadda hər hansı bir problem yaranan kimi, onun həlli beləcə uzun çəkir. Bununla məmurlar sanki xalqı sınaqdan çıxarırlar. Dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Gah deyirlər su pulu borcunuz var, gah da su boruları partlayıb. Suyu maşınlarla gətizdiririk. Bir maşın suya ilk günlər 40-45 manat verirdiksə, su problemi uzandıqca, maşın suyunun qiyməti də qalxıb. Yəni işbazlar Mehdiabad sakinlərinin ağır durumundan sui-istifadə edərək,hazırda maşın suyunun qiymətini 50 manatadək qaldırıblar. Belə görünür, qəsəbənin su ilə bağlı yaranmış problemini Abşeron rayon icra başçısı başda olmaqla bəzi məmurlar qəsdən uzadırlar. Ona görə də, problem bu günə qədər öz həllini tapmayıb. Yerli icra nümayəndəliyində işləyən işçilərdən birinin dediyinə görə, yaranmış problemi operativ olaraq həll etmək əvəzinə, onu uzatmaqla məmurlar su biznesindən də qazanmaq eşqinə düşüb. Belə ki, suyun gəlməməsi fonunda qəsəbə sakinləri onu su maşınlarından almağa, habelə ticarət obyektlərində satılan suları tez bir zamanda istehlak etməyə məcbur olurlar. Hansı ki, belə vəziyyət rayon rəhbərliyinin ürəyincədir, şəxsi maraqlarına cavab verir. Çünki, bu biznesdən ona da müəyyən "xeyir" gəlir. Heç şübhəsiz, suyun bir həftə olmamasının kökündə bu amil dayanır. Adı çəkilən məmurlar yaranmış hər hansı problemi özləri üçün fürsət hesab edərək, əhalinin su qıtlığı çəkməsindən də varlanmaq eşqinə düşürlər. Bu müqəddəs bayram ayında Allah bizi su ilə sınağa çəkənləri bağışlamayacaq. Buna əmin ola bilərsiniz. Susuzluğun ucbatında həyətdə əkdiyimiz bütün meyvə-tərəvəz yanır, ağaclar quruyub”.
Vaxtilə Heydər Əliyev Mehdiabad haqqında belə demişdi: "Mənim Mehdiabadlılara böyük hörmətim var". Hazırda isə H.Əliyevin böyük hörmət etdiyi mehdiabadlılar məmurlar tərəfindən su ilə sınağa çəkilir. Deməli, həmin məmurlar mehdiabadlılara H. Əliyevin vaxtilə dediyi kimi, zərrə qədər də olsa hörmətlə yanaşmırlar.

Həsən İslamov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisinə 1,8 milyon manat ayrılıb

    Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun ...

    15-05-2017, 19:18

  • 
  • H. Nuri: «Bir həftədir ki, Nardarana su verilmir»

    H. Nuri: «Bir həftədir ki, Nardarana su verilmir» ...

    28-03-2016, 14:18

  • 
  • "Survivor" iki həftədir bu seriala uduzur

    "Survivor" iki həftədir bu seriala ...

    23-02-2016, 17:13

  • 
  • Abşeronun kəndlərində Etibar Pirverdiyevə təxribatı kimlər icra edir? - Kəndlərdə işıq məqsədli söndürülür?

    Abşeronun kəndlərində Etibar Pirverdiyevə ...

    2-04-2014, 16:04

  • 
  • Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən qurulur – Başçı əraziyə gəldi (FOTOLAR)

    Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən ...

    7-03-2020, 14:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu