GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ölkədə dondurma mafiyası da var imiş…

Ölkədə dondurma mafiyası da var imiş…

Tarix: 24-07-2014, 17:24 Bölmə :Manşet Baxış: 0
Ölkədə dondurma mafiyası da var imiş…


Şahin Mustafayev oliqarx məmurların qabağından qaçmalı oldu

Dünyanın hər yerində olduğu kimi, bizdə də dondurma satışı yayın ən gəlirli sahəsi sayılır.
Düzdür, Azərbaycanda adambaşına dondurma istehlakı 2010-cu ilin statistikasına görə, 200 qram təşkil edib. Ən kobud hesablamalara görə, 15 kvadratmetr ərazidə 15 min manat investisiya ilə yay boyunca kifayət qədər ciddi qazanc əldə etmək olar. Xüsusilə 100 qram dondurmanın qiyməti 30 qəpik civarında dəyişdiyi halda… Bəli, dondurmanın resepti kifayət qədər bahalı məhsullardan hazırlanmalı olsa da, bazarda minimum qiymət 20 qəpikdən başlayıb maksimum 6 manatda dayanır. Bu da ciddi suallar yaradır. Sərinləmək üçün yediyimiz dondurmalar nə dərəcədə təhlükəsizdir?
Publika.az-ın araşdırmasına görə, iki il əvvəllə müqayisədə hazırda bazarın bu seqmentində satış əsasən yerli istehsalın payına düşür. Yəni bundan öncə dükan və marketlərin soyuducularında daha çox idxal dondurmalara rast gəlirdiksə, hazırda öz məhsullarımız üstünlüyü ələ alıb.
Bazarda bütün “oyun qaydalarını” isə “Camal ltd.”, “AER”, “S.A.B.A. MMC” kimi monopolistlər diqtə edir. Bu şirkətlərin məhsul çeşidləri keyfiyyət baxımından kiçik sexlərin istehsalından fərqlənməsə də, ikinciləri sıradan çıxarmağı bacarıblar. “Unudulmaz dad, həyat sevinci” şüarı altında elə sexlərin resepturasına və qiymət tarifinə uyğun siyasət yeridirlər. Nə qədər paradoksal olsa da, süddən, kərə yağından hazırlandığı iddia edilən 70 qramlıq dondurmanı 30 qəpiyə satırlar. Nəzərə alsaq ki, bu, marketlərin qiymətidir, məhsulun bazadan çıxış qiyməti daha ucuzdur.
4 il əvvəl İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin göstərişi ilə 3,4 ton dondurması məhv edilən “Camal ltd” barədə bildirilir ki, 1998 ildən fəaliyyət göstərən “Camal Ltd” bazara “İceland” ticarət markası ilə çıxır. “Oscar”, “Bakılı qız”,”Bravo”, ”Delisimo”, “V.I.P” adlı dondurmaları istehsal edir. Eyni zamanda, Fransanın “Mars”, İsveçrənin “Nestle”, Kanadanın “McCain”, Rusiyanın “Talosto” kimi dünya ticarət nişanlarının eksklüziv distribütorluğunu həyata keçirir. Şirkətin məhsullarını araşdırarkən məlum olur ki, çəki ilə satılan dondurmaları çıxmaq şərti ilə 70-80 qramlıq dondurmaların heç birinin tərkibi etiketində göstərilmir. Hərçənd ki dondurmaların tərkibinə vurulan inqridientlər, zərərli maddələr onların etiketində yazılmalıdır. Müqayisə üçün bildirək ki, idxal dondurmalarının etiketinin üzərində onların tərkibində olan hər bir inqridient, zərərli maddə belə, əksini tapır. Ən pisi də odur ki, həmin dondurmalar mağazaların soyuducularında yerli istehsal məhsulları ilə yanaşı yerləşdirilir. İstehlakçı öz hüququnun açıq şəkildə nə qədər pozulduğunu görmək şansına sahib olur.
Digər tərəfdən, “Camal Ltd” bazardakı monopoliyasını əldən verməmək üçün eyni dadda, sadəcə müxtəlif cür etiketlənmiş dondurmalar satır. Bununla da alıcıları aldadır. “Oscar”, “Bakılı qız”,”Bravo” dondurmalarının dadları bir-birindən heç nə ilə fərqlənmir.
“Camal ltd”nin məhsulları ilə bağlı daha bir məsələ üzərinə istehal tarixi vurulsa da, yararlılıq müddətinin nə zaman sona çatmasının göstərilməməsidir. Dondurmanın istehsal şərtlərinə əsasən, meyvə, giləmeyvə dondurması 1 ay, kərəli, südlü dondurma 2 ay, plombir dondurması 3 ay saxlanıla bilər. “Camal ltd”nin sahibləri istehsalçı kimi aylarla dükanların soyuducularında qalan dondurmalarına heç bir təminat vermirlər.
Qiymətlər də diqqət çəkir. Belə ki, tərkibində quru süd, şəkər tozu, kərə yağı, qatılaşdırılmış süd, qara şokolad, kakao qatıldığı iddia olunan “Delisimo” plombir dondurmalarının 500 qramı 3,20 qəpik təşkil edir. Nəzərə alsaq ki, ölkədə ən ucuz 1 kiloqram kərə yağının qiyməti 2,5; 1 litr südün qiyməti isə 0,8 manat təşkil edir, digər inqridientləri də hesaba qatsaq, satış qiyməti məhsulun maya dəyərini ödəmir. Bazarda bu qədər hərc-mərcliyin olduğu şəraitdə sahibkarın sırf istidən yanan ürəkləri sərinləşdirmək məqsədilə istehsalla məşğul olduğunu düşünmək sadəlövlük olar. Belə çıxır ki, satış qiymətini tamamlamaq üçün şirkət istehsalın ucuz başa gəlməsini maksimum təmin etməyə çalışır. Bu zaman, inanın ki, dondurmaya hətta 2,5 manatlıq ən aşağı keyfiyyətli kərə yağı belə, vurulmur. Qatqı kimi marqarinlərdən, piylərdən istifadə edilir.
“Camal ltd”nin məhsullarını monitorinq etdiyimiz zaman daha bir müşahidəmiz çəkiylə bağlı oldu. Dondurmaların real çəkisi ilə etketinə vurulan çəki arasında fərq var. Bu da yəqin rəqabətin sektor üçün yaradılmış yeni növüdür — inflyasiya qiymətdə deyil, çəkidə aparılır. Konkretləşdirsək, “Camal ltd” sexlərə, digər rəqiblərinə uduzmamaq üçün qiyməti qaldırmayıb, çəkini azaldır. Bunu keyfiyyəti artırmasından deyil, istehsal xərclərinin — daşınmanın, işçi qüvvəsinin saxlanması kimi xərclərinin artması səbəbindən edir.
Bazarın ikinci monopolisti, qocamanlardan sayılan “AER”in istehsal texnologiyası isə bir qədər seçilir. Məsələn, şirkət müasir texnologiya ilə çalışan, kompüter və robortlarla idarə olunan Straigtline 600 istehsal xətti quraşdırıb. Məhz buna görə də buraxdığı batonlar, ruletlər və lakomka dondurmalarının analoqu olmadığını iddia edir. Amma araşdırmalar göstərir ki, “AER“in məşhur o istehsal avadanlıqları süd adlı maddəni “tanımır”. Şirkətin dondurmaları buzlaşdırılmış yağlı, vanilli su dadını verir. Xüsusilə plastik qablardakı dondurmaların keyfiyyəti aşağıdır. Məhsulun enerji dəyəri də göstərilməyib.
“Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirən “S.A.B.A. şirkəti” MMC-yə gəlincə, bu qurum istehsalçı fəaliyyətinə 2000-ci ildən başlayıb. Son zamanlar rəqiblərinə uduzmamaq üçün yeni məhsullar təklif edir. Bunların da sırasına “Zebra”, “For Me”, “Qiqant”, Glamur“,”Diabetik” əmtəə nişanlı dondurmalar daxildir. Sonuncunu çıxmaq şərti ilə digərlərinin yağlılığı 12 faiz təşkil edir. Bu rəqəm istər kiçik qablaşdırmalarda, istərsə də çəki ilə satılan dondurmalarda keçərlidir. Bir sözlə, MMC istehsal prosesində 12 faizdən artıq yağ işlətmir. Bu onu deməyə əsas verir ki, məhsulların resepti eynidir. Sadəcə, çeşid bolluğu üçün fərqli dizaynda qablaşdırılma aparılır. O cümlədən, son bir ildə şirkətin “Plombir Millennium”, “Qozlu Millennium”, “Kişmişli Millennium” dondurmalarının da keyfiyyəti aşağı düşüb. Həmçinin “İceland” ticarət markasının məhsullarında olduğu kimi, bu dondurmaların çəkisi etiketində göstərilən qədər deyil. Yəni kobud dillə desək, istehsalçı alıcılara çəkidə “atır”.
Ən nəhayət, dondurma yeyilərkən təzə qaymaq dadı verməlidir. İstər “Millennium”, istər “AER”, istərsə də “İceland” ticarət markalarının dondurma çeşidlərinin heç birində bu tam yoxdur. On beş dəqiqə fərqli tempraturda qatqıların nə dərəcədə keffiyyətsiz olduğu üzə çıxır. Belə ki, dondurmalardan qoxu gəlir, su qatı yaranır.
Bu təsərrüfat subyektləri ilə bağlı diqqəti çəkən bir məqam da var. O da müxtəlif vaxtlarda İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cəza tədbirlərinə tuş gəlsələr də, onların bu mövsümdə nəzarətsiz qalmalarıdır. Davam edən yay ayları ərzində dondurma məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarətdən söz açılmayıb. Lakin vəziyyət göründüyü kimi, heç də yaxşı deyil.
“Unikal” olaraq onu da əlavə edək ki, Şahin Mustafayevin nazirliyinin xüsusi ilə bu yay ayları ərzində dondurma məhsullarının keyfiyyət və təhlükəsizliyi barədə “susması” ciddi məqamdır. Hesab etmək olar ki, bu, “dondurma bazarı”nın da bəzi iri məmurların himayə və nəzarəti altında olması ilə əlaqədardır, yəni həmin iri məmurlara görə Mustafayevin nazirliyi çəkingən davranmaqdadır. Hətta adıçəkilən nazirliyin “dondurma bazarı”nı himayə edən bəzi iri məmurlar qarşısında artıq tamamilə “ağ bayraq” qaldırdığını söyləmək olar.
Bundan isə oliqarxlar qazanır, vətəndaşlar itirir.

Rəşad Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsti yay günlərində Bakı sakinlərini zəhərləyən kimdir?

    İsti yay günlərində Bakı sakinlərini zəhərləyən ...

    8-08-2017, 12:37

  • 
  • Yayda bu işlərdən yaxşı pul qazanmaq mümkündür – İLGİNC SİYAHI

    Yayda bu işlərdən yaxşı pul qazanmaq mümkündür – ...

    18-07-2017, 22:58

  • 
  • Model dənizdə dondurma yeyərkən kameralara düşdü - FOTO

    Model dənizdə dondurma yeyərkən kameralara düşdü ...

    12-08-2017, 14:49

  • 
  • Azərbaycanda benzinin qiyməti yenidən artacaq

    Azərbaycanda benzinin qiyməti yenidən artacaq ...

    31-01-2017, 23:50

  • 
  • Azərbaycanda düyü mafiyası

    Azərbaycanda düyü mafiyası ...

    15-01-2013, 11:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu