GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yayda bu işlərdən yaxşı pul qazanmaq mümkündür – İLGİNC SİYAHI

Yayda bu işlərdən yaxşı pul qazanmaq mümkündür – İLGİNC SİYAHI

Tarix: 18-07-2017, 22:58 Bölmə :Cəmiyyət Baxış: 599
Yayda bu işlərdən yaxşı pul qazanmaq mümkündür – İLGİNC SİYAHI


Və ya yay biznesinin bilinməyən cəhətləri

Dünyada yay biznesinin növləri ildən-ilə artır. Elə insanlar var ki, onlar dörd gözlə məhz yayın gəlişini gözləyirlər ki, normal qazanc əldə edə bilsinlər. Məsələn, hər yay öz bağını kirayə verən ev sahibləri kimi. Yəqin ki, zaman-zaman siz də bir neçə günlüyə və ya bir aylıq bağ kirayə götürmək fikrinə düşmüsüz. O zaman eşitdiyiniz cavab nə olub? “Oğlum(qızım), mən bütün il gözümü bu yaya dikmişəm ki, pul qazana bilim”.

Bəli, musavat.com da yayın ən qızmar günlərində bu fəslin ən rentabelli peşələrinin siyahısını hazırlayıb. Necə deyərlər, “gözünü yaya dikənlər” kimlərdir?

BUZ SATIN, DONDURMA SATIN... YAYDAN YARARLANIN...

İnternetdə axtarış aparmaqla bu istiqamətdə xeyli maraqlı məlumatlar əldə etmək mümkündür. Bunlardan birincisi buz satışıdır. Sizə elə gələ bilər ki, buz satışından gəlir əldə etmək mümkün deyil. Halbuki yay aylarında buz satışı da artır. Xüsusən turizm bölgələrində. Bu iş üçün lazım olan ilkin maliyyə məbləği 2500-10000 manat arasındadır. Gündə 100 paket buz satışından 70 manata yaxın qazanc əldə etmək mümkündür. Türkiyənin turizm bölgələrində bu yay biznesi çox gəlirlidir. Amma Azərbaycanda o qədər də inkişaf etməyib. Halbuki çimərliklərdə, turizm bölgələrində iaşə, turizm obyektləri, habelə, sıradan turistlərin də faydalı müştəri olacağını nəzərdən qaçırmaq olmaz.

Yayda çox sürətlə yayılan gəlir sahələrindən biri də dondurma satışıdır. Məsələn, Türkiyədə adambaşına dondurma istehlakı 2,5 litrdir. Əslində dondurma ilin dörd fəslində yeyilə biləcək bir qidadır. Ona görə də yaz aylarından etibarən bu sahəyə investisiya qoymaq gəlir deməkdir. Xırda biznes qurmaq istəyənlər bu dondurma tortundan bir pay almaq istəyirlərsə, mütləq dondurma şəbəkələrinə qoşulmalıdır. Səyyar dondurma satışı, ya da şəhərin ən sıx əhali olan yerlərində şöbə açmaq buna misaldır. Orta hesabla 15 kvadrat metr ərazidə 15 min manat investisiya ilə yay boyunca kifayət qədər ciddi gəlir əldə etmək mümkündür.

Türkiyəli mütəxəssislərin hesablamasına görə, bu iş modelində gündəlik 200 ədəd dondurma satışı nəticəsində 3 min manata yaxın gəlir əldə etmək mümkündür.

Bizimkilərin ağlına gəlməyən (bəlkə də artıq gəlib, sadəcə biz şahid olmamışıq), amma qonşu Türkiyədə xeyli populyar olan bir dəniz biznesi də yaxta kirayəsidir. Belə ki, hotellərdən bezən, sabit bir yerdə yay tətilini keçirmək istəməyən turistlərə alternativ tətil variantı da yaxta turlarıdır. Yəqin yay tətilini Türkiyədə keçirənlər bunun şahidi olub. Hotellərdə «yaxta tur» adı ilə günün bir neçə saatını fərqli keçirmək şansı təklif edilir. Özü ilə baş-başa qalmaq, heç tanımadığı yerləri gəzib də, tətil keçirmək istəyənlər və ya fərqlilik axtarışında olan geniş ailələr üçün həftəlik yaxta kirayələyərək tətil keçirir.

YAYDA PULA PUL DEMƏYƏNLƏR -YAXTASINI KİRAYƏYƏ VERƏNLƏR

Son zamanlar yaxta sahibi olan bir çox şəxs öz yaxtasını gündəlik və ya həftəlik kirayəyə verərək, maddi gəlir əldə etmək istəyir. Yaxtalar turistlərlə yanaşı, toy, nişan, şirkət yeməkləri kimi tədbirlər üçün də kirayələnir. Yaxtaların bir günlük kirayəsi 200 avrodan başlanır. Yaxtanın ölçüsü və içindəki bəzi atributlara görə 2 min avroya qədər arta bilər. Bu səbəbdən də uyğun yay bizneslərindən biri yaxtasını kirayə vermək istəyənlərlə əlaqəyə girib, daha ucuz qiymətə yaxtanı yay boyu kirayələmək, daha sonra onu yay boyu müxtəlif tədbirlər çərçivəsində kirayələmək istəyənlərə təqdim etməkdir. Bu halda da rentabelli bir gəlir əldə etmək mümkündür.

Daha bir orijinal təklif isə kiçik qayıqların kirayəsidir. Bazar qiyməti 500-1000 manat arasında olan qayıqlar maliyyə baxımdan digər sahələrə görə daha təvazökar biznes növü sayıla bilər. Bu qayıqları «ikinci əl» bazarından da tapmaq olar.

Gəlir faizi yüksək olan bir başqa yay biznesi də yay aksessuarlarının satışıdır. Məsələn, Türkiyədə yay aksessuarlarının illik bazarı 250 milyon manatdır. Dəbə uyğun olaraq hər zaman özünü yeniləyən yay aksessuarları yaradıcıları da insanların diqqətini hər zaman çəkməyi bacarırlar. Çimərlik geyimlərindən tutmuş, çimərlik çantasına, çəkələklərə, eynəyə qədər bir çox aksesuar yayın «pendir-çörək» kimi tez-tez satılanlarındandır. Bu iş modeli üçün 30-50 kvadrat metr sahəsi olan kiçik bir «toçka» kifayətdir. Xüsusən çimərlik həndəvəri və turistik yerlərdə bu biznesin yüksək potensialı var. Bir mağaza açmaq üçün 25-50 min manat lazımdır. Amma nəzərə almaq lazımdır ki, bu sahədə aylıq 4-5 min manat gəlir var.

BAĞ ƏŞYALARI SATANLAR, MAKLERLİK EDƏNLƏR VƏ MEYVƏ SUYU SATANLAR

Yazının girişində haqqında danışdığımız yay maklerliyini də unutmayaq. Yay aylarında bu işlə aktiv məşğul olub, yaxşı gəlir əldə etmək mümkündür. Bağ evlərini və ya rayondakı evlərini kirayə vermək istəyənlərlə sıx münasibət qurub, turistlərə maraqlı təkliflər vermək, həm də yaxşı qazanmaq ən gəlirli yay biznesi ola bilər. Amma bunun üçün 5-10 ev sahibi ilə əlaqə qurmaq yetərli deyil. Bəzən bütün bir qəsəbə və ya rayona bələd olmaq lazımdır.

Türkiyədə həftəlik, günlük kirayə bazarı da geniş yayılıb. Bu səbəbdən qonşu ölkədə yay dəllalları mövsümün ən yaxşı qazananları sayılır. Hər kirayədən 10 faiz gəlir əldə etmək isə yayı yağ-bal içində keçirmək anlamına gəlir. Bunun üçün internetdə, sosial şəbəkələrdə ciddi reklamla məşğul olmaq, eləcə də turistlərə ən uyğun təklifləri təqdim etməyi bacarmaq lazımdır.

Bağ əşyalarının satışı ilə məşğul olmaq - yayın gəlişi ilə bağ-bağat işləri də artır. Bu isə böyük bir potensial deməkdir. Avropanın məşhur bağça markası Gardena və Dost firmasının ortaqlığıyla qurulan Gardena - Dost firması bir çox ölkələrdə öz şöbələrini açıb. Firma bağça əlcəklərindən tutmuş qayçıya, ot biçmə maşınından, sulama sistemlərinə qədər bir çox sahədə şöbə açmaq şansı verir. Dərman, gübrə, çiçək, ağac, şitil biznesi də əslində bura aiddir və yay aylarında 20-30 faiz gəlir deməkdir.

Kiçik bir küncdə meyvə suyu satışı. Burda söhbət bizdəki kimi qazlı içkilərdən getmir. Türkiyədə, eləcə də Avropada insanlar sağlam yaşayış faktoruna çox əhəmiyyət verdiklərindən «vitamin kafelər» adı altında məkanlar fəaliyyət göstərməyə başlayıb. Səhhətinə ciddi diqqət edənlərə və meyvə suyundan vaz keçə bilməyənlərə vitamin kafelərdə hər cür seçim təqdim edilir. Müxtəlif növ meyvə suları, bitki çayları, vitamin qarışımları, yağsız, bol tərəvəzli salatlar... Bunun üçün bir aparat və kiçik bir stand yetərlidir.

Outdoor turlar... Bu biznes növü Azərbaycanda yavaş-yavaş yayılsa da, danışanların dediyinə görə, o qədər də uğurlu deyil. Söhbət Azərbaycanın müxtəlif bölgələrinə həyata keçirilən birgünlük turlardan gedir. Amma dağ, çay, şəlaləsi zəngin olan ölkəmizin bölgələrinə daha az məsrəfli və əyləncəli turlar təşkil etmək mümkündür. Belə ki, bu turlara velosiped turları, raftinq, təbiət gəzintisi, üzmə, paraşüt turu daxildir.

Maraqlıdır ki, bu cür turlara daha çox xarici turistlər maraq göstərirlər.

Sonda yay aylarına özəl stendlərin siyahısını da yazaq:
- Dondurma stendi
- Waffle stendi
- Limonad və soyuq içkilər satılan stend
- Fast food tərzində tez hazırlanan yeyəcəklər
- Yay aksesuarları stendi
- Eynək stendi
- Açıq bufet səhər yeməyi ərzaqları stendi
- Manqal əşyaları və ya manqal kömürü satılan stend
- Küp buz satışı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİQQƏT: şaxta gəlir, yollar buz bağlayacaq

    DİQQƏT: şaxta gəlir, yollar buz bağlayacaq ...

    6-01-2015, 21:41

  • 
  • Qrenlandiyada buzlar sürətlə əriyir

    Qrenlandiyada buzlar sürətlə əriyir ...

    31-12-2014, 19:37

  • 
  • Azərbaycanda qar yağacaq, bəzi yerlərdə yollar buz bağlayacaq

    Azərbaycanda qar yağacaq, bəzi yerlərdə yollar ...

    28-01-2014, 13:39

  • 
  • Yollar buz bağlayacaq

    Yollar buz bağlayacaq ...

    2-01-2016, 18:53

  • 
  • Orta məktəblərdə yay tətili azaldılacaq

    Orta məktəblərdə yay tətili azaldılacaq ...

    13-12-2013, 19:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu