Əslində normal olan kart sisteminə keçiddən nəqliyyat naziri nə qədər qazanacaq?
gundemxeber.az Azərbaycan Nəqliyyat Nazirliyi 2013-cü ilin əvvəlindən ictimai nəqliyyatda (avtobuslarda) kart ödəniş sisteminin tətbiqi üzrə işlərə başlayır. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bununla bağlı Trend-ə deyib ki, bu yaxınlarda nazirlikdə ictimai nəqliyyatda qabaqcadan ödəniş sisteminin tətbiqi məsələləri ilə əlaqədar yığıncaq keçirilib. Yığıncaqda avtobuslarda kart sisteminin tətbiqinin aktivləşdirilməsi və sürətləndirilməsi prosesi ilə bağlı bütün zəruri tapşırıqlar verilib. «Bu proses vaxt tələb edir və yaxın 3 ayda bu istiqamətdə işlər sürətləndiriləcək. Məqsəd 2013-cü il ərzində yeni ödəniş sisteminin tətbiqinə başlamaqdır», - Həsənov qeyd edib. Onun sözlərinə görə, xüsusən turniketlərin və kartların hesablanması üzrə aparatların, yükləmə üzrə terminalların quraşdırılması, kartların sifarişi, ictimai nəqliyyatdan çıxış və giriş sistemlərinin müəyyənləşdirilməsi məsələləri açıq olaraq qalır. Yeni sistemin tətbiqi çərçivəsində nəzərdə tutulan işlərin həcminə baxmayaraq, nazirlik artıq gələn il sistemin tətbiqinə başlamağı planlaşdırır. «Dəqiq tarix haqqında danışmaq hələlik çətindir, lakin yeni sistemin gələn il ərzində işləməsi üçün bütün zəruri işlər həyata keçiriləcək», - Həsənov qeyd edib. Məlumat üçün bildirək ki, tətbiqinə hazırlıq görülən kart sisteminə keçid əslində mahiyyət etibarilə normal tədbir sayılmalıdır. Qeyd edək ki, hazırda inkişaf etmiş əksər Avropa dövlətlərində məhz bu metoddan istifadə olunur. Bir sıra MDB respublikalarının da bu sistemə keçdiyi bəllidir. Bu baxımdan Azərböaycanda da ictimai nəqliyyatda ödənişin kart sistemi ilə aparılması təqdirə layiq hal sayılmalıdır. Buna baxmayaraq, özəl kanallarla əldə etdiyimiz informasiyada bildirilir ki, Nəqliyyat Nazirliyinin kart sisteminə keçidi qara büdcədən yayınma hallarının qarşısını maksimum şəkildə almağa yönəlib. «Gündəm-xəbər»i məlumatlandıran marşrut sahiblərindən birinin sözlərinə görə, hazırda bu sektorda Nəqliyyat Nazirliyinə çatmalı olan vəsait konkret plan üzrə həyata keçirilir və bu mütəmadi olaraq sahibkarlarla nazirlik arasında böyük qalmaqalların yaranmasına səbəb olur: «İndi belədir ki, marşrutun rentabelliyindən asılı olaraq konkret məbləği özündə əks etdirən plan qoyulub və işin necə olmasından asılı olmayaraq hər bir sürücü həmin planı ödəməlidir. Bu isə tez-tez sürücülərlə marşrut sahibləri və eyni zamanda da marşrut sahibləri ilə Nəqliyyat Nazirliyi arasında ixtilaflara səbəb olur. İndi ödənişi kart sisteminə keçirməklə nazirlik rəsmiləri hesab edir ki, həm bütövlükdə prosesə nəzarət edə biləcəklər, həm də kiminsə qara büdcədən pul yayındırmasının qarşısını alacaqlar». Sahib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?