“Bu dəqiqə əsas oyun hələ ki, Yaxın Şərqdə aparılır”.
gundemxeber.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. O, Yaxın Şərqin üç yerə bölünəcəyini bildirib:
“Dəyişikliklərin başlanması haqqında əməliyyat 2003-cü ildə İraqdan başladı. Nəticədə Səddam Hüseyn devrildi və regional böhran dövrünə start verildi. Bu, çox güman ki, İraq, Suriya və İranın bir hissəsini əhatə edən Böyük Kürdüstanın yaradılması ilə bitəcək. Məsələ Qafqaz və Yaxın Şərq də daxil olmaqla “Böyük Yaxın Şərq planı”nda miqyaslı dəyişikliklərdən gedir. Bu isə ilk növbədə Türkiyə və İranın parçalanması ilə bitəcək. Bu məqamda isə Qafqaz ölkələri, xüsusən, Azərbaycan müxtəlif bəhanələrlə regiondakı “Böyük oyun”a cəlb ediləcək. Ona görə də Rusiya Qafqaz siyasətində korrektələr etməlidir. Bunun üçün isə gələcəkdə Gürcüstan və Azərbaycandan ibarət alyans yaradılmalıdır. Amma bu gələcək çətin ki, mümkün olsun, çünki indiyə qədər çox səhvlər buraxılıb”.
Sorğu
Yeni dizaynımız necədir?