Türkiyə Silahı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ Uludağ Üniversitetinin Atatürkçü Düşüncə Cəmiyyəti tərəfindən təşkil edilən "Yaxın Şərq və Türkiyə" mövzusunda keçirən konfransda maraqlı açıqlamalar verib.
gundemxeber.azxəbər verir ki, Başbuğ Yaxın Şərqin asan şərh ediləcək bir bölgə olmadığını deyib:
"Yaxın Şərq dedikdə, əvvəcə yaxın tarixdə baş verənlərə diqqətlə baxmaq gərəkdir. Bura dünyadakı ilk mədəniyyətlərin, bütün böyük dinlərin və bütün mədəniyyətərin kəsişdiyi bir bölgədiir. Osmanlı İmparatorluğunu bu bölgədə güclü edən bir özəllik də Yavuz Sultan Səlim dönəmi ilə bərabər, xilafətin, yəni xəlifəliyin Osmanlıya keçməsi oldu. Lakin Birinci Dünya Müharibəsindən sonra ortaya bir kürd problemi çıxdı. Osmanlı dövründə, təbii ki, kürdlər etnik bir qrupdur. Bunda heç bir problem yoxdu, amma o dönəmdə İranı bir yana qoysaq, kürdlər artıq ağırlıqlı olaraq Anadoluda, yəni Türkiyə, İraq və Suriyada, bir sözlə, Osmanlı İmparatorluğunda yaşayırdılar. İran xaric olmaqla, kürdlər həmişə Osmanlının idarəetməsi altında qaldılar. O dönəmdə dediyim kimi, heç bir problem yoxdu. Kürdlərlə türklər qardaşlaşmış millətlər idi".
Suriyadakı daxili savaşa toxunan Başbuğ deyib ki, Əsəd bu müharibəni qazanıb: "Artıq bunu belə görməyimiz lazımdır. Suriyada daxili savaş bitmək üzrədir. IŞİD kimi bir oyun, təşkilatlanma olmazsa, Suriyadakı savaş son günlərini yaşayır. Əsəd bu savaşı Rusiya və İranın dəstəyi ilə qazandı".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?