Qazaxın Quşçu Ayrım və Məzəm kəndlərinə Azərbaycan Ordusunun ağır texnikası və canlı qüvvəsi yeridilib.
Bu barədə Axar.az-a Quşçu Ayrım kənd sakini məlumat verib. Məlumatda Quşçu Ayrıma və Məzəmə gətirilən texnikanın tanklar və BTR-lərdən ibarət olduğu bildirilib.
Qeyd olunur ki, düşmən mövqelərindən atəş altında saxlanılan bu kəndlərə ordunun yeridilməsi son günlər erməni hərbçilərinin aktivləşməsi ilə bağlıdır.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayılan informasiyanı təkzib etmədi:
“Azərbaycanın Silahlı Qüvvələri öz sərhədləri çərçivəsində səlahiyyətində olan hərbi texnikanı istənilən istiqamətdə yerləşdirə bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?