Atəşkəsin pozulması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb Cəbhənin Qazax rayonu istiqamətində düşmən yenə fəallaşaraq atəşkəsi pozub.
Xəzərİnfo-nun Qərb bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, 30 dəqiqə əvvəl Qazax rayonunu Quşcu Ayrım kəndində Abbasbəyli istiqamətində erməni silahlı qüvvələri qəfildən atəşkəsi pozublar.
Nəticədə həmin istiqamətdə yerləşən postun müddətdən artıq hərbçisi (MAXE) Mustafayev (adı dəqiqləşdirilir) ağır yaralanıb. Mustafayev hərbi qospitala göndərilib.
Ayrıntılar barədə bir azdan ətraflı məlumat veriləcək.
------
SAAT 22:54
Saat 21:40 radələrində başlayan atışma hazırda həmin istiqamətdə davam edir.
Milli Ordunun əsgərləri düşmənin bütün hücumlarını qəhramanlıqla dəf edirlər.
------
30 İyul, saat 00:17
Xəzərİnfo-nun Qərb bölgəsi üzrə bölgə müxbirinin verdiyi son məlumata görə, hazırda Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində də döyüşlər gedir. Düşmən qüvvələrinin bu istiqamətdə də fəallığı müşahidə olunur.
-----
30 İyul, saat 09:25
Azərbaycan Müdafiə Nazirliyindən Xəzərİnfo-ya verilən məlumata görə, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?