Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşəcək.
Belə bir açıqlamanı Ermənistanın baş naziri Ovik Abramyan verib.
Onun sözlərinə görə, Soçidə avqust ayının 8-i və ya 9-unda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq: "Ümid edirik ki, görüşdə olduqca mühüm olan razılaşmalar əldə ediləcək”.
Qeyd edək ki, son 2 iki gündə cəbhə xəttində gərginlik hökm sürür. Ermənistan ordusunun həyata keçirdiyi diversiya nəticəsində hər iki tərəf onlarla itki verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?