Bu həftə Soçidə prezident Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Onun sözlərinə görə, Vladimir Putin İlham Əliyev və Serj Sərkisyanla təkbətək görüşdükdən sonra üçtərəfli görüşlər keçiriləcək.
“Bu həftənin sonunda Soçidə Putnin əvvəlcə Ermənistan prezidenti ilə, daha sonra Azərbaycan prezidenti ilə ayrı-ayrılıqda görüşü gözlənilir. Sonra üçtərəfli görüş olacaq. Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. Lakin bu söhbət necə təşkil olunacaq, bu, bizdən asılıdır”, - deyə Lavrov bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?