Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun oğlu qəza törədib.
"gundemxeber.az"-ın məlumatına görə, bu barədə Mia.az-a məlumat verən şəxs deyib ki, başçının oğlu Emin Camalov yol polisi əməkdaşıdır. E.Camalovun DYP avtomobilində qəza törətdiyi bildirilir. Məlumata görə, qəza zamanı xəsarət alan da olub. Hadisəni ört-basdır etmək üçün dərhal yeni avtomolin alindiği da bildirilir. Məsələylə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?