APA-nın məlumatına görə, hadisə saat 5.30-da Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Şirvan sakini, 1982-ci il təvəllüdlü Hüseynov Elvin Allahverdi oğlunun idarə etdiyi "Opel" markalı 10 ST 086 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə yoldan çıxaraq yaşıllıq zolağında yerləşən ağaclara və yol nişanına çırpılıb.
Qəza nəticəsində sürücü kəllə-beyin travması ilə şirvan xəstəxanasına yerləşdirlib. Avtomobildə olan sərnişinlər Şirvan sakinləri, 1990-cı il təvəllüdlü Cəbrayılova Günel Gülhüseyn qızı və 1996-cı il təvəllüdlü Hüseynova Gülnar Oktay qızı yüngül xəsarətlərlə ambulator yardım alaraq evə buraxılıb.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?