Məlum olduğu kimi, Gürcüstanın Rusiya ilə sərhəd ərazisində yerləşən Dəryal dərəsində baş vermiş torpaq sürüşməsi nəticəsində iki ölkə arasındakı “Kazbek-Yuxarı Lars” sərhəd buraxılış məntəqəsi fəaliyyətini dayandırmalı olub.
Elə bu səbəbdən də artıq 4 gündür ki, Rusiya istiqamətində və əks tərəfə hərəkət etməli olan gürcü vətəndaşlar alternativ yol kimi Azərbaycandan keçmək məcburiyyətində qalır. Bu isə ölkəmizlə Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsində və şimal sərhədlərimizdə böyük sıxlığa səbəb olub Amma Xeberci.org-un ehtimmallarına görə, “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindəki mövcud sıxlığın yeganə səbəbi bu deyil. Məlumdur ki, Ermənistandan Rusiyaya hərəkət edən yük maşınları da məhz indi istifadəsi mümkünsüz olan “Kazbek-Yuxarı Lars” sərhəd buraxılış məntəqəsindən istifadə edirdi. Belə olan halda indi kim təminat verə bilər ki, gürcülərin alternativ yol kimi istifadə etdiyi “Qırmızı Körpü” və ya şimal sərhədlərimizdən ermənilər də istifadə etmir. Hər halda bunun üçün çox asanlıqla sənədlər saxtalaşdırıla (təbii ki havayı yox-red) və bu yolla da ermənilər Rusiyaya getmək üçün Azərbaycan keçid məntəqələrindən istifadə edə bilərlər. Təbii ki, bu yalnız ehtimallardır. Amma unutmaq olmaz ki, kifayət qədər inandırıcı və mümkün variantdır. Odur ki, müvafiq orqanların bu məsələyə xüsusi önəm verəcəyinə inanmaq istərdik. Sonda xatırladaq ki, hazırda bərpa işləri aparılan “Kazbek-Yuxarı Lars” sərhəd buraxılış məntəqəsinin nə zaman təkrar istifadəyə veriləcəyi barədə məlumat yoxdur. Torpaq sürüşməsi nəticəsində ərazidəki tikintidə çalışan iki nəfərin itkin düşdüyü və onlardan birinin meyitinin tapıldığını, digərinin isə axtarışlarının davam etdiyi xəbər verilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?