Prezident Administrasiyasından Kömrük Komitəsinə şok göstəriş verildiyi bildirilir
Dövlət Kömrük Komitəsinin Qazax rayonu ərazisində yerləşən “Sınıq Körpü” sərhəd keçid məntəqəsindən Rusiya dövlət nömrə nişanlı maşınlar Azərbaycana buraxılmır. Bu barədə “Azadlıq”a Gəncə sakini Ramin Əhmədov bildirib.
“Mənə məxsus ”Toyoto Korolla" maşınına görə buraxılış məntəqəsinə 3800 ABŞ dolları və 42 AZN ödəmişəm. Buna baxmayaraq, buraxılış məntəqəsinin Elçin adlı növbətçisi mənə deyir ki, Rusiya dövlət nömrə nişanlı maşınların Azərbaycana buraxılmasına yasaq qoyulub. Mənə dedilər ki, bu barədə Prezident Administrasiyasının xüsusi göstərişi var. Növbətçi bildirdi ki, maşını buraxsam məni işdən çıxararlar", - deyə Ramin Əhmədov vurğulayıb.
O, əlavə edib ki, Rusiya dövlət nömrə nişanlı avtomobillər Gürcüstan ərazisinə qaytarılır: “Yüzlərlə vətəndaş maşını ilə Azərbaycana keçə bilmir. Heç bir izahat vermirlər. Sadəcə deyirlər ki, göstəriş belədir. Bu da vətəndaşların ciddi narazılığına səbəb olub”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?