Bu gün gecə saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Magistral yolun 19-cu km-də Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Quba rayon sakini, 1950-ci il təvəllüdlü Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı, “KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra “KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan və Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 1956-cı il təvəllüdlü Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını “KİA” ilə toqquşub.
Qəza nəticəsində “KİA”da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
Oxu.az saytının verdiyi məlumata görə, G.Ələsgərova “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşıdır. “Garant Holding” bununla bağlı nekroloq yayıb.
Qeyd edək ki, dünyasını dəyişən xanım Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır. (apa)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?