Məlum olduğu kimi dünən avtomobil qəzası nəticəsində nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Ələsgərova dünyasını dəyişib. AzNews.az bununla bağlı yeni təfərrüatlar əldə edib. Məlumata görə, mərhumun atası hazırda Türkiyədədir və ağır cərrahi əməliyyat keçirib. G. Ələsgərova da atasının yanına getməyə hazırlaşırmış. Bununçün o, Qubadakı evinə gedib, lazımı əşyalarını götürüb, geri qayıdırmış. Əldə etdiyimiz xəbərə görə, bəzi KİV-lərdə deyildiyi kimi G. Ələsgərova sükan arxasında olmayıb, avtomobil sürücü tərəfindən idarə olunub. Qəza isə at arabasının avtomobilin qarşısına çıxması nəticəsində baş verib. Belə ki, arabanın avtomobilin qarşısına çıxdığını görən sürücü, qəzadan yayınmaq üçün ayağını əyləcə basıb. Bu zaman arxadan gələn “KAMAZ” markalı yük avtomobili arxadan nazirin qardaşı qızının əyləşdiyi avtomobilə çırpılıb. Qəza zamanı G. Ələsgərova avtomobilin arxa oturacağında əyləşibmiş.
Qeyd edək ki, Ziya Məmmədovun Loğman adlı qardaşı qızı Günay Ələsgərova ailəli olub və onun iki övladı (14 və 10 yaşlı) var. Mərhumun ölümündən atasının hələ ki, xəbəri yoxdur.
Xatırladaq ki, qəza ayın 28-i səhərə yaxın Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı “KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra “KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını “KİA” ilə toqquşub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?