GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Tetçer və Buş 20 yanvara görə Qorbaçovu niyə təbrik ediblər

Tetçer və Buş 20 yanvara görə Qorbaçovu niyə təbrik ediblər

Tarix: 20-01-2013, 13:16 Bölmə :Manşet Baxış: 896
Tetçer və Buş 20 yanvara görə Qorbaçovu niyə təbrik ediblər

Tofiq Abbasov:
“Bu yaddan çıxası bir şey deyil”


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycan xalqına qarşı qətliam həyata keçirdi. Bu qanlı tarixdən artıq 23 il ötür. 1990-cı ilin 20 yanvarında keçmiş sovet hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə düşüb. Həmin illərdə Azərbaycan başında dayanan Əbdürrəhman bəy Vəzirov nüfuzunu çoxdan itirmişdi. SSRİ-nin o zamanki rəhbəri isə Vəzirovu vəzidən kənarlaşdırmaq addımını deyil, qan tökmək variantına əl atdı.
O vaxtki, Qərb dövlətləri liderləri Marqaret Tetçer və Corc Buş (ata) qanlı hadisələrdən sonra Mixail Qorbaçova təbrik mesajları göndərməsi isə bir çox mətləblərdən xəbər verir. Bəs görəsən o vaxtki, SSRİ rəhbəri Mixail Qorbaçovun Azərbaycana qoşun yeritməkdən başqa bir yolu yox idimi? Politoloqlar bu sualın cavabını açıqlamalarında verdilər.
Fikrət Sadıqov: “O vaxtki, Azərbaycan rəhbəri Əbdürrəhman Vəzirov ermənilərin Qarabağa təcavüz etməsi və bunun nəticəsində qaçqınların paytaxta axın etməsi fonunda ölkədə yaranmış problemli vəziyyətin həllində aciz idi. SSRİ rəhbərliyi isə öz növbəsində faktiki olaraq erməni separatçılarına dəstək verməkdə idi. Xalq isə buna təbii olaraq etiraz edirdi. Sözsüz ki, 20 yanvar faciəsinin törədilməsinin qarşısı alına bilərdi. Bunun üçün ilk növbədə Dağlıq Qarabağdakı separatçı rejimə qarşı vaxtında tədbirlər görülməli idi. Bir sıra qüvvələr isə hesab edirdilərki, Dağlıq Qarabağ amili SSRİ-ni dağıtmaq üçün bir fürsətdir. Azərbaycanın o zamanki rəhbərliyinin səhvi ondan ibarət idi, müxalifətlə iqtidar bir mövqedən çıxış edə bilmədi. İrəvanda isə bunun əksi oldu. Bakıdakı yerli hakimiyyət ölkədə baş verən siyasi hərc-mərcliyin qarşısını ala bilmirdi. Sonda M. Qorbaçov bu siyasi hərc-mərcliyi bəhanə edərək Azərbaycana qoşun yeritdi. Bu hərbi müdaxilə isə faktiki olaraq dinc əhaliyə qarşı yönəlmişdi”.
Tofiq Abbasov: “O vaxtki SSRİ rəhbərliyi artıq yerlərdə şəraitə hakim kəsilə bilmirdi. Ermənilər Dağlıq Qarabağı zorla Ermənistanın tərkibinə birləşdirməyə başlamışdılar. Mərkəz isə bu məsələdə riyakarlıq göstərirdi. Azərbaycanda isə 1990-cı ilin 20 yanvarı ərəfəsində Kremlə inanmırdılar. SSRİ-də ideoloji böhran yaşanmaqda idi. Digər tərəfdən iqtisadi böhran da pik həddinə çatmışdı. M. Qorbaçov o dövrdə oyunbazlığa qol qoymaqla özünü ilk növbədə nüfuzdan saldı. Zaman-zaman Qorbaçovu tənqid edən Böyük Brtaniya baş naziri Marqaret Tetçer və ABŞ prezidenti Corc Buş ona Bakı hadisələrinə görə, gözaydınlığı vermişdilər. Bu yaddan çıxası bir şey deyil. Ümumilikdə isə mən hesab edirəm ki, Azərbaycan xalqı 20 yanvarda qələbə çaldı. Baxmayaraq ki, Bakıda erməni təxribatı nəticəsində 20 yanvar ərəfəsində Qorbaçovun sanksiyası ilə terror törətmək üçün geniş meydan açılmışdı. Qorbaçov da bu meydandan istifadə etdi”.
Rasim Ağayev : “1990-cı il 20 yanvar hadisələrinin üstündən 23 il keçdikdən sonra yavaş-yavaş aydın olur ki, burada söhbət nə Qarabağdan, nə Ermənistandan gedirdi. Bu hadisələr SSRİ-ni dövlət kimi dağıtmaq planının tərkib hissəsi idi. Şübhəsiz ki, SSRİ rəhbərliyi vəziyyətin bu həddə çatdırmaya bilərdi. İlk növbədə erməni separatçılarına layiqli cavab verilməli idi. 1990-cı ilin 20 yanvar ərəfəsində isə bu addım artıq gecikmişdi. İndi biz İran və Suriya timsalında biz görürük ki, dövlət separatçı qüvvələrə qarşı mübarizə apara bilir. SSRİ rəhbərliyi isə o zaman erməni separatçılarını yerində oturtmadı. Yerli hökumət isə 1990-cı ildə faktiki olaraq nüfuzunu itirmişdi. 17-18 yanvar 1990-cı ildə ölkə faktiki idarə edilmirdi. Xalqı barrikadalara çağıranlar isə özləri 20 yanvar gecəsi barrikadalarda görünmədilər. Ümumiyyətlə 1990-cı il 20 yanvar hadisələri çoxlu təxribatlarla müşayiət olunurdu. Bakının küçələrindən tutmuş Kremlin divarları bu təxribata şahiddir. Sonda bu təxribatlar nəticsində yüzlərlə dinc sakinin qanı töküldü. 20 yanvar faciəsinin isə müasir Azərbaycanın siyasti və xalqın psixologiyasına böyük təsiri oldu”.
Şəhla
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Marqaret Tetçer vəfat etdi

    Marqaret Tetçer vəfat etdi ...

    9-04-2013, 11:31

  • 
  • Azərbaycan xalqı  20 Yanvar şəhidlərini yad edir

    Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir ...

    20-01-2014, 13:02

  • 
  • Mustafa Cemilev: “Dağlıq Qarabağ münaqişəsinə görə Qorbaçov şəxsən məsuliyyət daşıyır”

    Mustafa Cemilev: “Dağlıq Qarabağ münaqişəsinə ...

    23-05-2016, 16:57

  • 
  • Qorbaçovla Tetçer 30 il öncə Azərbaycandan danışıb - Sənəd

    Qorbaçovla Tetçer 30 il öncə Azərbaycandan ...

    5-01-2014, 23:51

  • 
  • SSRİ-nin baş naziri Bakıya qoşun yeridilməsinin gizlinlərini açdı

    SSRİ-nin baş naziri Bakıya qoşun yeridilməsinin ...

    26-09-2014, 15:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu