“Bu, SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun ilk qalmaqallı bəyanatı deyil. Yaxın zamanlardan başlayaraq, o özünü fəal şəkildə rus milliyətçisi kimi göstərməyə başlayıb. Dünyada, ələlxüsus da Qərbdə ona qarşı münasibət də müvafiqdir. Mənə belə gəlir ki, əvvəlki hörmətin izi də qalmayıb”. Bunu virtualaz.org-a müsahibəsində Mixail Qorbaçovun “Sunday Times” qəzetinə verdiyi müsahibəni şərh edən Ali Radanın deputatı, Krım-tatar xalqının məsələləri üzrə səlahiyyətli Mustafa Cemilev (Krımoğlu) deyib. Xatırladaq ki, nəşrə müsahibəsində son sovet lideri deyib ki, əgər Krımla əlaqədar o da belə bir vəziyyətdə qalsaydı, eynilə Putin kimi hərəkət edərdi. “Düşünmürəm ki, Qərbdə Qorbaçova qarşı sanksiya tətbiq edəcəklər. Onun Krımın işğalına heç bir aidiyyatı yoxdur, yalnız öz fikrini bildirib, buna görə isə Qərbdə cəzalandırmırlar. Amma əlbəttə ki, qərb fondları bu cür mövqe sərgiləyən siyasətçinin maliyyələşdirilməsini dayandırsaydılar, daha düzgün olardı”, - Cemilev hesab edir. Krımoğlu onu da xatırladıb ki. Qorbaçov Nobel mükafatı laureatıdır və bu da ona qarşı hər hansı cəzanı az inandırıcı edir. “Amma məhz Qorbaçov SSRİ-nin dağıdılmasına və keçmiş Sovet İttifaqı respublikalarında separatçılıq ocaqlarının yaranmasına cavabdehdir. İndi Krımın işğalını açıq şəkildə dəstəkləyən Qorbaçov Dağlıq Qarabağ Azərbaycan-Ermənistan münaqişəsinin yaranmasına görə şəxsən məsuliyyət daşıyır. Həmin münaqişənin alovlandığı dövlətin başçısı da məhz o olub”, - M.Cemilev fikirlərini tamamlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?