Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Kəlbəcər rayon sakinləri Dilqəm Əhmədovla Şahbaz Quliyevin yeni və ən sonuncu fotoları yayımlanıb. gundemxeber.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, fotolar əsirlikdə çəkilib və onların ailələrinə göndərilib. Fotolar “Beynəlxalq Qızıl Xaç Komitəsi”nin xəttilə girovların ailələrinə çatdırılıb. Xatırladaq ki, onlar iyul ayında erməni silahlı qüvvələri tərəfindən “diversant” adı ilə girov götürülüblər.
Sorğu
Yeni dizaynımız necədir?