Düşmən tapdağı altında olan Kəlbəcər dağlarında Azərbaycan bayrağı
Tanınmış astroloq Səbuhi Rəhimli sosial şəbəkədə Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edən zaman ermənilər tərəfindən tutulmuş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin yeni şəkillərini yayıb.
ANS PRESS-in məlumatına görə, ilk şəkil 1998-ci ildə Dilqəmin Kəlbəcərdə dalğalandırdığı Azərbaycan bayrağı ilədir. “Düşmən tapdağı altında olan Kəlbəcər dağlarında Azərbaycan bayrağını dalğalandırmaq hər kişiyə nəsib olmaz. Amma Dilqəm Əsgərov 1998-ci ildən bəri hər il bunu etdi - qorxmadan, çəkinmədən...”
Daha sonra o, Şahbaz Quliyevdən yazıb: “Bu da Kəlbəcərin iyul qarı. Yadımdadır, Şahbaz Quliyev qayıdanda ilk dəfə qurd düşmüş qar gördüyünü söyləyirdi”.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov iyulun 11-də Kəlbəcərdə girov düşüblər.
Ermənilər saxlanılan təxşləri diversant kimi təqdim edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?