GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakı Tikiş Evində korrupsiya "troykası"

Bakı Tikiş Evində korrupsiya "troykası"

Tarix: 26-09-2014, 08:19 Bölmə :Manşet Baxış: 1 761
Səfər Əbiyevlə İsa Nəcəfovun himayəsində monopoliya quran Fədail Rəhimov milyonlarınecə qazanır?

Bakı Tikiş Evində korrupsiya "troykası"

Yeni dərs ilinin başlanması ilə ortaya çıxan problemlərdən biri də məktəbli formaları ilə bağlı oldu. Artıq bir neçə ildir ki, məktəbli formalarının satışı ilə bağlı yaranan ən müxtəlif problemlər ilk növbədə valideynləri, bəzi hallarda isə həm də istehsalçıları və satıcıları da məyus edir. Mütəxəssislərin rəyi isə belədir ki, əksər problemlərin yaranma səbəbini "Bakı Tikiş Evi” MMC-nin (BTE) direktoru Fədail Rəhimovun bu sahədə monopoliya yaratmaq cəhdləri ilə izah etmək olar. Ötən illərdə olduğu kimi bu il də istehsal ilə yanaşı, satışı da monopoliyaya götürmüş BTE və onun rəhbəri ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı ortaya ilginc məqamlar çıxdı.

Keyfiyyətsizlik sindromu

İlk olaraq onu bildirək ki, Bakı Tikiş Evi məktəblilər, müdafiə nazirliyi, daxili, sərhəd qoşunları üçün geyimlər hazırlamaqla çox böyük bir funksiyanı yerinə yetirir.Azərbaycan Silahlı Qüvvələrinin və orta məktəblərdə oxuyan şagirdlərin sayını nəzərə alsaq müəssisənin bu qədər işin öhdəsindən necə gəldiyi qeyri- real görsənir. Kəmiyyətin çoxluğu qarşılığında keyfiyyət aşağı həddədir. Həm hərbçilər, həm də şagirdlər üçün tikilən paltarlar bir neçə dəfə yuyulmaya məruz qaldıqdan sonra rəngini və keyfiyyətini itirir. Halbuki, müəssisənin direktoru Fədail Rəhimov dəfələrlə həm silahlı qüvvələr,həm məktəblilər üçün parça materiallarının İtaliyadan alındığını bəyan edib. Bu faktın həqiqətə nə qədər uyğun olduğunu yoxlamaq üçün həmin uniformaları bir dəfə ötəri olaraq nəzərdən keçirmək kifayətdir. Məsələ ilə bağlı ekspertlərdən aldığımız rəyə görə əslində həmin parçaların ucuz Çin məhsulu olduğu güman edilir: "Türkiyədə də belə bir variantdan, düzdür bir az fərqli şəkildə istifadə olunur. Belə ki parçalar Çin sexlərində ucuz içşi qüvvəsi hesabına tikilir və yenidən Türkiyəyə qaytarılır. Buna oxşar praktiadan vaxtilə Bakı Tikiş Evuində də istifadə edilib. Cindən gətirilmiş ucuz işçi qüvvəsi müəssisədə gecə-gündüz işləyir, zəhməti müqabilində çox az əməkhaqqı alırdılar”.
Keyfiyyətsiz parçadan hazırlanan bu məktəbli formaları dəri xərçəngi kimi xəstəliyin yaranmasını belə risk altına alır. Maya dəyəri ucuz başa gələn məktəbli formalarının tikilməsində istifadə olunan tikiş materiallları keyfiyyətsiz və Çin istehsalı olan paltar materiallarıdır. Oğlan və ya qızlar üçün tikilən kostyumların astarına, astarla parça arasında əsas rol oynayan "klyoş” və sapların keyfiyyətsizliyi açıqca seçilir. Gülünc doğuran isə odur ki, məktəbli formaları tikilərkən ölçü dəqiqliklə nəzərə alınmır. Ölçülər arası fərq çox böyükdür. Məsələn, 32-128 ölçülü kostyum çox kiçik olduğu halda 32-134 ölçülü kostyum çox böyükdür. Bu iki razmer arası fərq valideyinlərə əlavə problemlər yaradır. Aralıq razmerinin olmaması səbəbindən valideyinlər məcburən dərzilərə üz tutur, əlavə xərcə düşür. Bu da haqlı olaraq narazılığa səbəb olur. Bir qolunun uzun, birinin qısa olduğu məktəbli formalarına isə tez-tez rast gəlmək olur.
Hərbi formalardakı, keyfiyyət isə, payız və qış mövsümlərindən, yəni yağıntılardan sonar əsgər geyimlərindəki rəng dəyişikliyində hiss olunur. Hərbi formaların keyfiyyətinin həddən artıq aşağı olması səbəbindəndir ki, Silahlı Qüvvələrdə demək olar ki, heç bir zabit BTİ-nin məhsulundan istifadə etmir.
Fədail Rəhimovun iki oliqarx himayədarı
Bakı Tikiş Evinin direktoru Rəhimov Fədail uzun illərdir ki, Müdafiə Nazirliyinin ya laoratoriya üsulu ilə ya da bir başa müqavilə tərtib etmək yolu ilə ya da ki, yalançı keçirilən tenderlərin qalibi çıxaraq bu sahədə demək olar ki, öz monopolyasını yaradır. Hələ bununla sakitləşməyən və öz tamahını artırmaq həvəsi ilə məktəbli formalarının tikirlməsinidə öz monopolyasına almaq üçün başqa fabriklərlə mübarizə aparır və onların istehsalatını standartlaşdırma və metrologiya işçilərinin köməyi ilə susdurub, sıradan çıxartmaq üçün əlindən gələni edir.
Bununla sakitləşməyən Rahimov Fədail Rəşad oğlunu Bakıda Nərimanov rayonunda yerləşən, Bakı Əyrici Toxucu Fabrikinidə öz himayəsi altında saxlamaq istəyir ona görə hamıya məlumdur ki, Bakı Əyrici Toxucu Fabrikinin sahibi (Sabiq Müdafiə Naziri) Səfər Əbiyev və Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovdur. Məhz İsa Nəcəfov və Səfər Əbiyevin himayəsi sayəsində BTE hərbi uniformalar və məktəbli formaların monopoliyasını ələ keçirib. Belə ki, silahlı qüvvələrlə bağlı məsələni S.Əbiyev həll edib, məktəbli formalarını isə İ.Nəcəfov həmyerlisi və yaxın dostu sabiq təhsil naziri Misir Mərdanovun vasitəsi ilə yoluna qoyub.
Bakı Əyirici Toxucu Fabriki də ələ keçirilib
BTE rəhbəri Fədail Rahimov məhz Səfər Əbiyev və İsa Nəcəfovun məsləhəti və himayədarlığı ilə Bakı Əyrici Toxucu Fabrikinin idarə olunmasını da öz nəzarəti altına keçirib. Beləliklə, Bakı Əyrici Toxucu Fabrikində çalışan icraçı direktor Babayeva Səkinə işdən azad olunur və onun yerinə Bakı Tikiş Evinin satış Şöbəsində işləyən və Rəhimov Fədailin yaxın adamı Mərdanov Arif icraçı direktor təyin olunub. Beləliklə, Rəhimov Fədail Rəşad oğlu Bakı Əyrici Toxucu Fabrikinə rəhbərlik edir. Rəhimov Fədail Müdafiə Nazirliyinin təyin etdiyi Təchizat Şöbəsinin rəisi İskəndərov Rəhim ilə əlaqəyə girərək, komfulyaj rəngli yay səhra kostyumu, komfulyaj rəngli qış səhra kostyumu, komfulyaj rəngli istiləşfirilmiş gödəkcə, komfulyaj rəngli istiləşfirilmiş şalvar qiymətlər dəfələrlə artırılaraq, 2014-cü ildə bir başa müqavilə başlayırlar. Bundan xəbər tutan Müdafiə Nazirliyinin səlahiyyətli işçisi tədbir görərək İskəndərov Rəhimi tutduğu vəzifədən azad edir. Təəssüflər olsun ki, Bakı Tikiş Evi ilə bir başa bağlanan müqavilə ləğv edilməyib və Rəhimov Fədail öz çirkin əməllərini davam etdirir.
Beləliklə, milyonlarla qiyməti olan sifarişlər bir başa müqavilə tərtib olunmaqla həyata keçirilir. Sifarişlər 2 (iki) fabrik arasında yəni, Bakı Tikiş Evi və Bakı Əyrici Toxucu Fabrikinə həvalə olunur. 2006-cı ildən monopolyanı əlində saxlayan Rəhimov Fədail hələ indi ki, zamanda da öz çirkin əməlləri ilə məşğuldur. Neçə illərdir ki, Göyçay Tikiş Fabriki Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirmək üçün tenderlərdə iştirak etmək istəyir.
BTE monopoliyasının büdcəyə vurduğu ziyanlar
Keyfiyyətsiz, rəqabətə dözməyən məhsulları istehlakçılara onların iradəsinə zidd olaraq satmağın yeganə yolu da məhz elə bu sahədə monopoliya yaratmaqdır. F.Rəhimovun son bir neçə il ərzində göstərdiyi bütün cəhdlər də yalnız bu məqsədə yönəldilib. Bu monopoliya isə nəticə etibarı ilə dövlət büdcəsinə zərbə vurur. Bunun təsdiqi kimi isə "Göyçay Tikiş” ASC-nin sədri T.Məmmədovun dövlət başçısınə və baş prokurora ünvanladığı müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: "Bununla yazaraq Sizə məlum edirəm ki, "Göyçay Tikiş" ASC Sizin
2014-ci il üçün əşya amlakının satın alınması üzrə 10 dekabrda keçirdiyiniz tenderdə 32-ci lot üzrə iştirak etmirik. Tenderda ən aşagı qiymət verərək qalib gəlmişik. Bizim giymatlarimiz aşagidaki kimidir:
Döşək ağı (214*120) 109 000 * 3 m 80 q = 414 200 AZN
Döşək ağı (260*140) 50 000 * 5 m 00 q = 250 000 azn
Balış üzü (60 * 50) 109 000 * 1 m 40 q = 152 600 azn
CƏMi : 816 800 azn
Bakı tikiş evi isə aşağıdakı təklifi vermişdir:
Döşək ağı (214 * 120) 109 000 * 4 m 62 q = 503 580 azn
Döşək ağı (260 * 140) 50 000 * 5 m 70 q = 285 000 azn
Balış üzü (60 * 50) 109 000* 1 m 75 q = 190 750
CƏMİ: 979 330 azn
Elman Şixəliyev bizim təklifin 162 530 azn Bakı Tikiş evindən aşaği olduğuna görərək 8 ildə etdiyi laboratoriya fırıldağına əl ataraq bizim nümunənin uyğun olmamasını təşkil etdi. Biz bu nümunələri Azərbaycan Respublikasının standartlaşdırma metrologiya və patent üzrə dövlət komitəsi tərəfindən nümunələrin uyğun olduğu haqda sertifikati təqdim etmişdik. Bunada məhəl qoymayaraq Elman Şixəliyev öz rüşvətxor əməllərinə nail olaraq heç bir arayış verilməməsini təşkil etdi.
Bazanın müdiri Şahin Şamilova 11 dekabr 2013-cu il 158 nömrəli məktub ilə müraciyət etdik ki bizim nümunələr nə üçün uyğun olmaması haqqında yazılı surətda bizə cavab verilməsini xahiş etdik. Bu günə kimi cavab ala bilməmişik. Soruşuruq ki, nəyə görə cavab vermirsiniz, deyir ki laboratoriya Rəhim İskəndərova baxır mənim ixtiyarım yoxdur, Sizin məktubu da onlara göndərmişik. 10 dekabrda keçirilən tenderdə əvvəlki 8 ildə Elman Şıxəliyev necə bölüşdürmüşdürsə yenə də həmən ki kimi yüksək qiymətlərlə Bakı Tikiş Evinə Bakı Əyrici toxucu arasında bölüşdürüldü. Yenə də Elman Şıxəliyev əlaltıları ilə 8 ildə nail olduğu rüşvətxor əməllərinə bu tenderə də nail oldu. Soruşanda ki yenədə bu çirkin işləri Sən etdin, deyir ki mən bu tenderə qarışmamışam, hamsını İskəndərov Rəhim edib, o bölüşüb. Rəhim İskəndərov Bakı Tikiş evi ilə əlaqəyə keçərək 32 lotun (1.2.3.4.5.6.7.9.10.21.22.23.29.31.32) Bakı Tikiş Evinə; Bakı Əyrici Toxucu isə (13.14.15.17.18.19) qalanlarını isə bakı Tikiş Evinin firmalarına yüksək qiymətlərlə labaratorya rəyinə əsaslanaraq öz rüşvəttor cinayətkar əməllərinə nail oldular. Müdafiə Nazirliyinə dəfələrlə kollektiv adından şikayət etməyimizə baxmayaraq, Rəhim İskəndrov cavab verilməsinə mane olmuşdur. Rəhim İskəndərov agentliyə məktub yazaraq təcili 1. Kanflyaj rəngli yay səhra kactumuna furaşka ilə; Qış səhra kostyumu furaşka ilə; Kamuflyaj rəngli istiləşdirilmiş gödəkcə: Konufulyaj istiləşdirilmiş səhra salmarina ehtiyac olduğuna görə birbaşa müqavilə bağlanmasını xahiş edir. Əvvəlki illərdə etdikləri kimi tez dəhşətli dərəcədə qiymətləri artıraraq müqavilə bağlayır və öz çirkin rüşvətxor əməllərinə nail olurlar. Bununla da onlar büdcəyə milyon manatla ziyan vururlar. Heç kim onlara heç nə deyə bilməz özləri dediyi kimi onların adamı dövlətdən qorxmur.
Dəfələrlə Prezidentə yazmağımıza baxmayaraq, onlar yenə də Nazir dəyişsə də öz bildiklərini edirlər. Nədənsə dəfələrlə bizim ərizəmizi müdafiyə məsələləri üzrə müşavir Vahid Əliyevə baxılması üçün göndərilsə də onlar cavab verilməsinin qarşısını almışlar.
Beləliklə Nazirin dəyişməsi tenderlərdə olan rüşvətxorluq hallarına son qoyulmasına, büdcənin talanmasına heç bir təsir etmədi. Bakı Tikiş Evinin direktoru Rəhimov Fədail Rəşad oğlu öz çirkin əməllərini yenə də davam etdirmək üçün təzə təyin olunmuş, Müdafiə Nazirliyinin Təchizat Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş Çingiz müəllimə yollar axtarır. 2015-ci ildə keçirilən tenderdə yenə də öz çirkin əməllərini davam etdirmək istəyir.
Xahiş edirəm 32-ci lotda bizim nümunələrimizin nəyə görə uyğun olmaması haqqında yazılı cavab verəsiniz. Tikişində qüsur varsa aydınlaşdırın nədi. Parçanın qüsuru varsa aydınlaşdırın. Bir il yazmağımıza baxmayaraq, düzgün cavab ala bilməmişik.
Bununla yazaraq 200 nəfərlik kollektiv Sizdən xahiş edir ki, bu rüşvətxorların kökünü kəsəsiniz. Sizin bu haqda düzgün qərar verməyinizə inanırıq. 8 (səkkiz) ildə büdcəyə ziyan vuranların cəzalandırılmasını Sizdən xahiş edirik”.
Fədail Rəhimov məqlubedilməzdir?
Ölkənin güc strukturlarını və şagirdləri geyindirmək kimi çox gəlirli bir sahəni monopoliyaya götürmək heç şübhəsiz ki, Fədail Rəhimovun təkbaşına imkanları daxilində deyil. Ekspert ehtimal edir ki, bu adamlar yüsəkranqlı oliqarxların adlarından çıxış etsələr də reallıqda həm Baki Tikiş Evi, həm də Bakı Toxucu-əyrici fabrikinin əsl sahibi qaranlıqda dayanmağı sevən PERSONAdır. Aldıgımız son məlumata görə Fədail Rəhimovun fəaliyyəti müəssisənin əsl sahibini razı salmır.
Qeyd olunanları analiz etdikcə, korrupsiyanın ökəmizdə necə şaxələnib qol-budaq atmasının şahidi olursan. Bu hadisələri dinlədikdə və oxuduqdan sonra, eleqant geyimlərdə füsukar görünən məmurlar barədə düşüncələrdə dəyişikliklər olur. Bir daha qəti əmin olursan ki, heç də hər şey göründüyü kimi deyil. Bəzən görmək əvəzində düşünmək kifayət edir. Çünki, əsl görmə orqanı göz qədər də beyindir.
Azərbaycan insanıda övladına geyindirdiyi məktəbli formasının keyyfiyyətsizliyinə dair məlumat əldə etməzmi? Fədail Rəhimovu varlandırdığına görə özünü suçlu bilməzmi?! Maya dəyəri 15-25 manat aralığında başa gələn amma, 40-43 manata satılan formaların Fədail Rəhimov tərəfindən necə rəsmiləşdirdiyini bilməzimi? Məktəbli formasının tikilməsi zamanı formaya xərclənən vəsaitin çox, bundan əldə olunan mənfəətin isə əksinə az göstərilməsi, vergiyə ödənilən mənfəət, gəlir vergisindən yayınmaya qədər bir çox məsələlərin üstü açıla bilməzmi?! Bununla da Fədail Rəhimovun nə işlə məşğul olduğu məlum olmazmı?! Varlıların uşaqlarına, nəvələrinə sifariş əsasında tikilən məktəbli paltarlarının başqa, kasıbların balalarına keyfiyyətsiz parçadan tikilən bu geyimlərin məğzi ortalığa çıxmazmı?!
Niyə məktəbli formalarını təkcə BTE tikməlidir? Rəqabətli bazar prinsiplərini əsas götürüb bu prosesi hər il tender vasitəsi ilə həll etmək olmazmı ki, Fədail Rəhimov məsuliyyət hissindən kənarda qalmasın? Olar! Bəs onda niyə etmirik, məgər Fədail Rəhimovdan qorxuruq? Bu sualların cavabı bizə aydın olduğu kimi, əlaqədar təşkilatlara da aydındır. Sadəcə udan, qazanan tərəf olduqlarından bunu etməmələri də hamıya aydındır.
Bu şübhə doğuran məsələyə aydınlıq gətirmək olmazmı? Ailə ansambılını xatırladan BTE-də azyaşlı qızların aşağı maaşla standarta cavab verməyən şəraitdə çalışmalarını, xəstəliyə tutulma ehtimalının çox riskli olduğunudamı nəzərə alıb hərəkətə keçmək olmaz? Azərbaycan qanunları da Fədail Rəhimovun qarşısında acizdir ki, bu şəxs hər il keyfiyyətsiz məktəbli formlarına dair narazılıq yaradır?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məktəbli formaları qiymətində endirim

    Məktəbli formaları qiymətində endirim ...

    30-07-2013, 14:24

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • YENİ NAZİRİN MƏKTƏBLİ FORMASI MAXİNASİYASI

    YENİ NAZİRİN MƏKTƏBLİ FORMASI MAXİNASİYASI ...

    4-09-2013, 15:43

  • 
  • Dövlət Komitəsi: Bakı şəhərində saxta məktəbli formaları satılır

    Dövlət Komitəsi: Bakı şəhərində saxta məktəbli ...

    1-08-2013, 13:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu