“Legitimliyi şübhə altında olan başqanı heç vaxt...”
Müsavat Partiyasının sentyabrın 27-də keçirilən başqan seçkilərində Qubad İbadoğlunun tərəfdarı olan Vurğun Əyyub qurultay haqda danışıb.
V.Əyyub “Qafqazinfo”ya açıqlamasında bildirib ki, seçki zamanı ədalətsizliyə yol verilib: “Hesab edirəm ki, seçkilərin keçirilməsində bəzi qüsurlara və ədalətsizliyə yol verildi. Bu da keçirilən seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır”.
Vurğun Əyyub Arif Hacılını təbrik etməyəcəyini deyib: “Legitimliyi şübhə altında olan başqanı mən heç vaxt təbrik etməyəcəyəm”.
V.Əyyub Məclis üzvlüyündəki fəaliyyətini davam etdirib-etdirməyəcəyi haqda qərar vermədiyini bildirib: “Məclis üzvlüyünə kimlərin seçilməsi barədə məlumatım yoxdu. Məndə olan faktlara görə seçkilərin nəticələrinin legitimliyi şübhə altındadır. Nəticələrin ləğv edilməsi və təkrar seçki keçirilməsi barədə hələ ki, düşünməmişəm. Amma bu istiqamətdə faktlar getdikcə toplanır”.
Qeyd edək ki, qurultayda Arif Hacılı 28 səs fərqi ilə Qubad İbadoğlunu qabaqlayaraq başqan seçilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?