Milli Şuranın sədri Cəmil Həsənli və qızı Günel Həsənli istintaqa çağırılıb.
Virtualaz.org xəbər verir ki, bu məlumatı Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev yayıb.
O bildirib ki, Cəmil Həsənli və qızı bu gün saat 14 radələrində istintaqa çağrılıb.
Xatırladaq ki, Günel Həsənlinin bir neçə gün Yasamal rayonu ərazisində idarə etdiyi maşınla 86 yaşlı qadını vuraraq ona yüngül xəsarət yetirdiyi iddia olunur. Qadın özü bu faktı təsdiqləməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?