Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi, professor Cəmil Həsənli ABŞ-a səfərə gedib. Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri, “El” Hərəkatının sədri Eldar Namazovun AzNews.az-a verdiyi məlumata görə, səfər 10 günə yaxın müddəti əhatə edib.
Səfər çərçivəsində C. Həsənlinin ABŞ rəsmiləri, ictimai qurumların nümayədələri ilə görüşlər keçiriləcək.
Görüşlər zamanı Azərbaycanda keçirilən prezident seçkiləri və Milli Şura ilə bağlı müzakirələr aparılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?