Musavat funksioneri Əlövsət Sadıqlı özünün FB-səhifəsində Hafiz Haciyevin təhdininə cavab verib:загруженное
“Hafiz Hacıyev Milli Şuranın mitinq keçirəcəyi təqdirdə onun partiya üzvləri tərəfindən bıçaqlanacağını və qanın su yerinə axacağını “OLKE.AZ” saytı vasitəsilə ictimailəşdirib.
Elchi.az xəbər verir ki, Əlövsət Sadıqlı profilində “Bu fakt hüquq-mühafizə orqanları tərəfindən müvafiq cinayət işinin açılması üçün yetərli əsas verir” deyə bildirib.
Dövlətin hüquq-mühafizə orqanları mitinq iştirakçılarını bıçaqlama və öldürmə hədələrinə görə Hafiz Hacıyevi təcili surətdə həbs etməli və cinayət qanunvericiliyinin müvafiq maddələri ilə istintaqa başlamalıdır.
Buyursunlar, bütün fəaliyyətlətində ədaləti, hüququn üstünlüyünü əsas tutduqlarını iddia edən hüquq-mühafizə orqanlarımız hüququn aliliyinin təminatçısı olduqlarını isbat etsinlər!
Yox, əgər Hafiz Hacıyev təcili olaraq cinayət məsuliyyətinə cəlb edilməyəcəksə, heç bir hüquq-mühafizə orqanının, bütövlükdə hökumətin heç kimdən hüququn aliliyinə hörmət tələb etməyə həm hüquqi, həm də mənəvi haqqı yoxdur!!!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?