Prezidentliyinə namizəd Hafiz Hacıyev 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verib. APA-nın xəbərinə görə, H.Hacıyev bildirib ki, seçki məntəqəsinə ailə üzvləri ilə deyil, tək gəlib: “Ailə üzvlərim başqa yerdə qeydiyyatdadır, iki oğlum isə ezamiyyətdədir. Bizim ailədə demokratik mühit var”.
Amma səsverməyə qatılan Hafiz Hacıyev çətin durumu düşüb. Teleqraf.com-un məlumatına məlumata görə, səs vermək üçün bülleten alarkən, onun şəxsiyyət vəsiqəsinin üstündə olmadığı aydın olub. Hafiz Hacıyev pasportunu avtomobildə unutduğunu bildirib. O, köməkçisini şəxsiyyət vəsiqəsini gətirmək üçün göndərsə də, bir neçə dəqiqədən sonra Hafiz Hacıyevin məntəqəyə gələrkən şəxsiyyət vəsiqəsini unudub evdə qoyduğu məlum olub.
Yarım saatdan sonra yenidən məntəqəyə qayıdan Hafiz Hacıyev səsvermədə iştirak edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?