Dünən axşam Türkiyənin İğdır vilayətində kürdlərlə azərbaycanlılar arasına kütləvi dava olub.
Virtualaz.org saytı Türkiyə mənbələrinə istinadən xəbər verir ki, kütləvi dava İraq Şam İslam Dövləti (İŞİD) qüvvələrinin Suriyanın Kobani şəhərinə hücumuna etiraz olaraq İğdır küçələrinə çıxan kürdlərlə azərbaycanlılar arasında olub.
İŞİD-in Kobaniyə hücumuna və Türkiyə hökumətinin də bu məsələyə müdaxilə etməməsinə etiraz edən kürdlər polislə toqquşub, bələdiyyə binalarını və ətrafda olan mağazaları daş-qalaq edib.
Daş-qalaq edilən mağazaların sahibləri İğdırda ticarətlə məşğul olan azərbaycanlılar olub. Azərbaycanlılar kürdlərin bu hərəkətinə etiraz edib. Bu zaman onlarla azərbaycanlı kürdlərin hücumuna məruz qalıb. İğdırın “Dördyol” ərazisində başlayan davaya polis müdaxilə edib.
Hava qaralsa da dava səngimək bilməyib. Sonradan toqquşmalara azərbaycanlı gənclər də qoşulub. Bundan sonra İğdır Əhlibeyt Alimlər Dərnəyinin başqanı Vəli Bədir azərbaycanlı gənclərə səslənib. Onları təxribata uymamağa, sakitləşməyə çağırıb.
Bütün gecə davam edən toqquşma səhərə yaxın başa çatıb.
Toqquşmalarda, azərbaycanlılar da daxil olmaqla, 10-dan çox şəxs yaralanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?