Özlərini İraq Şam İslam Dövləti adlandıran (İŞİD) terror qruplaşması üzvləri Terror təşkilatının Suriyanın ər-Riqqa əyaləti ərazisində fəaliyyət göstərən, böyük ehtimalla, azərbaycanlı olan dörd üzvünü silahlı üsyana cəhd etmək, qaçmaq, Təşkilat üzvlərini qətlə yetirmək, lider Əbu Bəkr əl-Bağdadinin ünvanına ittihamlar səsləndirməkdə təqsirləndiriblər. Bu barədə SalamNews İŞİD üzvlərinin “Twitter” səhifələrinə istinadla xəbər verir. İŞİD-in yaydığı videoda azərbaycanlılar dinləndirilir. Videoyazıda "Əbuzər", "Əbu Məryəm", "Əbu Yaqub" ləqəbli şəxslər, eləcə də "Ömər" ləqəbli Elvirin etirafları eşidilir. İŞİD videomüraciətin sonunda edamla bağlı Qurandan bir ayəni sitat gətirir. Bu da adıçəkilən azərbaycanlıların təşkilat tərəfindən edam ediləcəkləri barədə ehtimalları artırır. Qeyd olunur ki, azərbaycanlılardan biri İŞİD üzvü olan qadınları öldürüb və sonra onu öldürüblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?