GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gəncə-Böyükkəsik dəmiryolunda Aydın Cabbarov “maxinasiyası” - ÖZƏL

Gəncə-Böyükkəsik dəmiryolunda Aydın Cabbarov “maxinasiyası” - ÖZƏL

Tarix: 9-10-2014, 11:28 Bölmə :Manşet Baxış: 1 392
Gəncə-Böyükkəsik dəmiryolunda  Aydın Cabbarov “maxinasiyası” - ÖZƏL

Dəmiryol İnfrastrukturu Departamentinin Gəncə 5 saylı müəssisəsinin rəisi Aydın Cabbarov talançılıqla məşğuldur.

Rəisin peşə fəaliyyəti və vəzifə səlahiyyətləri ilə bağlı yol verdiyi qanun pozuntularından başqa, onun şəxsi həyatında, hətta yaxınlarına və qohumlarına qarşı da bir çox haqsızlıqlara, bəd niyyətli əməllərə yol verildiyi vurğulanır. Şikayət ərizəsi ilə müraciət edən Ağstafa şəhər sakini Nofəl Quliyev Cabbarovla bacanaq olduğunu bildirir. Sonra isə ərizədə A.Cabbarovun, eyni zamanda həm məişət pozğunluğuna, həm də dələduzluq əməllərinə dair ağır ittihamlar irəli sürür. Ərizədə deyilir: “Yazıb sizə bildirmək istəyirəm ki, mən Quliyev Nofəl İsmayıl oğlu Ağstafa Dəmiryol vağzalında kiçik bir kafe icarəyə götürüb işlədirəm. Ailə üzvlərimi güclə dolandırıram. Yoldaşım, Yolçuyeva Sona Cəlal qızı, gözəllik salonunda işləyirdi. Nigahımızdan 21 yaşında bir oğlumuz var. Oğlum Gəncə Dövlət Universitetinin 3-cü kursunda oxuyur. Çətinliklə də olsa uşagımızı oxuduruq. Mənim bacanağım Cabbarov Aydın Kazım oğlu Gəncə - Böyük Kəsik dəmiryol stansiyasının RC-SC-nin rəisi vəzifəsində işləyir. Bir neçə dəfə mən evə gələndə onu bizdə, mənim yoldaşımla bir yerdə görmüşəm. Həmin halı mənim anam və bacım da görüblər.

Mən Cabbarov Aydından soruşanda ki, mən evdə olmayanda nə üçün gəlirsən? O isə sərt şəkildə yaxşı edirəm, çay içməyə gəlmişəm,dedi. Halbuki onun evi ilə bizim evimizin arası 50-60 metrdir. Mən deyəndə ki, niyə gedib çayı evində içmirsən, o isə mənə bura xoşdur cavabını verib. Son illər mənim ailəmdə həyat yoldaşımla münasibətim tam soyuqlaşdı. Ötən il dekabrın 4-ü günü yerimdəm durub gördüm ki, yoldaşım Sona evdən paltarlarını, mənə məxsus olan maşının, evin sənədlərini, oğlumun noutbukunu, az miqdarda pulumu götürüb qaçmışdır. Hələ də yeri məlum deyil. Həmin ərəfədə mənim həyat yoldaşım Sona, Ağstafa sakinlərindən küllü miqdarda (60 min manata qədər) pul və əlavə qızıl, brilyant əşyalrını dələduzluq yolu ilə alıb aldadaraq qaçmışdır. Şəhərdə gəzən söhbətlərə görə bu işlərin də başında Aydın Cabbarov və onun yoldaşı Natella xanım durur. Bu işlə əlaqədar bütün zərərçəkənlərlə görüşmüşəm. Onlar da təsdiq edirlər ki, Sona bu pulları Aydının və bacısı Natellanın adı ilə alıb. Mənim həyat yoldaşımı bu işlərə Aydın Cabbarov vadar edib. Aydın Cabbarov işlədiyi tez bir zamanda vəzifəsindən su-istifadə edərək, Ağstafa rayonunda iki ev, Gəncədə bir ev, Bakıda bir ev alıb. Şəhər sakinlərinin dediklərinə görə, hətta mənim həyat yoldaşıma da məndən xəbərsiz Bakıda ev alıb.

Özüm Azərbaycan vətəndaşı olmağımla qürur duyuram. Oğlum Afərə yazığım gəlir. Bu işləri eşidəndə özünü öldürəcəyini söyləyir. Bir sözlə, Aydın Cabbarov və onun xanımı mənim 20 illik xoşbəxtliyimə son qoyub. Ağstafa rayonunda bu məsələni çoxları bilir”.

gundemxeber.az bildirir ki, Aydın Cabbarovun rəhbərliyi altında çalışan fəhlələrin onun birbaşa tutduğu vəzifədən irəli gələn fəaliyyətinə dair mətbuata və yuxarı instansiyalara ünvanladıqları bəzi məlumatlar da xüsusi maraq kəsb edir: “Aydın Cabbarov bu müəssisəyə rəhbər gələndən sonra bütün peşəkarları işdən uzaqlaşdırıb və özünə yeni komanda yığıb. İndiyədək ixtisar edilən işçilərin sayı artıq 110 nəfəri ötüb. Bir tərəfdən ixtisar edir, digər tərəfdən də yeni işçilər götürür”. Bu iddialar 5 saylı müəssisənin ixtisara salınan bir qrup işçisi tərəfindən KİV-ə, ünvanlanmış şikayət məktublarında ortaya qoyulmuşdu. Həmçinin şikayətçilər bildirmişdilər ki, onlar məsələ ilə bağlı bir neçə dəfə mətbuata şikayət ediblər, lakin heç bir faydası olmayıb: “...əksinə, Aydın Cabbarovun 5 saylı müəssisə kimi strateji əhəmiyyətli və 1000 nəfər işçisi olan qurumun rəhbəri olaraq yol verdiyi vəzifə səlahiyyətlərini aşma halları getdikcə daha da artır. Onun Ağstafa 7 saylı dəmiryol distansiyasının rəisi olarkən hansı əməllərdən çıxdığını bilən hər kəs, belə bir şəxsin məsul vəzifədə indiyədək qalmasına çox təəccüblənir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun birinci müavini Əlirza Süleymanovun himayəsində olduğu iddia edilən A.Cabbarovun bu kimi əməlləri rəhbərlik tərəfindən qətiyyən araşdırılmır. Digər tərəfdən isə Əlirza Süleymanovun özünün də mətbuat səhifələrində kifayət qədər tənqidə tuş gəldiyini nəzərə alsaq, Aydın Cabbarovun indiyədək tam cəzasızlıq şəraitində hər cür özbaşınalıqlara rəvac verməyinə təəccüblənmək lazım gəlməz. Bu xüsusda ölkə mətbuatında yaymlanan məlumatlarda irəli sürülən ittihamlar isə, əlbəttə ki, A.Cabbarova tutulan iradlardan çox daha ciddi səslənir. Bu xüsusda yayımlanan məlumatlarda bildirilir: “Dəmir yolunda korrupsiya artıq dözülməz həddə çatıb. Yük və sərnişin daşınmaları artdıqca, işçilərin sosial durumu pisləşir. Daşınmadan əldə edilən gəlirlər və büdcədən ayrılan investisiyalar mənimsənilir, dövlət əmlakı talan edilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki mənbə məlumat verib. Mənbə bildirir ki, oliqarxların himayəsində olan iri şirkətlərə aid yüklər faktiki pulsuz daşınır. Bu şirkətlərin himayədarları ilə QSC rəhbərlərinin gizli sövdələşməsi nəticəsində yalnız rəhbərliyin cibinə milyonlar axır, hesaba isə qəpik-quruş keçirilir. Mənbə bildirir ki, bununla bağlı şübhəli əməliyyatlara QSC sədrinin birinci müavini Əlirza Süleymanov rəhbərlik edir. Ə.Süleymanovun müəssisədə dövlət əmlakının talan edilməsində müstəsna rolu var...” Bu xüsusda yayımlanan məlumatlarda ən sensasiyalı məqam isə ölkə daxili yük daşımalarının rəsmi statistikası ilə bağlıdır. Belə ki, rəsmi statistikaya görə, iqtisadiyyatın donuq vəziyyətdə olduğu 1995-ci ildə ölkə daxilində 7,3 milyon ton yük daşınıb. Bunun müqabilində isə ölkəmizin dinamik inkişaf etdiyi 2012-ci ildə bu göstərici 33 faiz azalaraq 4,9 milyon tona enib. Belə çıxır ki, dəmiryolu vasitəsi ilə ölkəyə daxil olan yüklərin əhəmiyyətli kəsiminin qeydiyyatı aparılmır və buradan gələn gəlirlər mənimsənilir. Bir müddət öncə mediada belə bir məlumat yayımlanmışdı ki, ölkənin iri holdinqlərinə məxsus yüklər qeydiyyata alınmır, yəni daşınma haqları nağd şəkildə dəmiryolu boslarının cibinə axır. Statistikanın analizi də bu məlumatın gerçək olduğunu təsdiqləyir. Burada artıq yüz milyonların mənimsənilməsindən söhbət gedir. Təbii ki, yuxarı dairələrdə müşahidə olunan belə hərc-mərciliyin fonunda dəmiryollarının daha kiçik çinli məmurları tərəfindən yol verilən qanun pozuntuları da təəccüb doğurmamalıdır. Bu pozuntulardan bir qismi də öz təzahürlərini ən dolğun formada Gəncə 5 saylı müəssisəsi rəhbərliyinin yarıtmaz fəaliyyətində tapır.

gundemxeber.az bildirir ki, Aydın Cabbarov dəmir yolu sistemində işlədiyi çox uzun müddətdə öz mənafeyi naminə məşğul olmadığı sahə yoxdur. Asta danışıqlı, çox vaxt da özünü fəqir kimi göstərən Cabbarov bir o qədər də təhlükəli olması söylənilir. Onun bacanağının yazdığı şikayət ərizəsində hər şey güzgü kimi diqqəti cəlb edir.
İlham Hacalı
gundemxeber.az


P.S. Aldığımız məlumata görə, Aydın Cabbarovun bacanağı, həyat yoldaşını dəmir yolu işçisinə qısqanan Nofəl Quliyev məhkəməyə də iddia ərizəsi verib. Nəticəsi barədə yazacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • 63 yaşlı Gəncə sakini tut agacından yıxıldı, öldü

    63 yaşlı Gəncə sakini tut agacından yıxıldı, öldü ...

    15-06-2015, 21:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu