GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ələtdə yeni paytaxt salınır - təfsilatlar

Ələtdə yeni paytaxt salınır - təfsilatlar

Tarix: 10-10-2014, 10:30 Bölmə :Manşet Baxış: 2 200
Prezident Əliyevin yeni dev-projesi; Hökumət ilkin olaraq bu proyektin gerçəkləşməsi üçün 20 milyard manat vəsait ayırmağı planlaşdırıb; dövlət qurumlarının əksəriyyəti, nazirliklər, Nazirlər Kabineti, Milli Məclis, diplomatik nümayəndəliklər və s. Ələtə köçürüləcək

Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara-yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yolları bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir.

Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir.
Məlumdur ki, “Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir ki, plana əsasən, iri sənaye müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan köçürülməsi planlaşdırılır. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir. Bu proses hüquqi baxımdan vaxt aparsa da, məlumata görə, hakimiyyət paytaxtın köçürülməsi ilə bağlı ciddi düşünür və bu istiqamətdə bəzi müzakirələr intensivləşib.

Ələtdə yeni paytaxt salınır - təfsilatlar


“Yeni Müsavat”ın xəbərinə görə, hökumət yeni paytaxt üçün yer də seçib. Bu, Ələt ərazisindəki geniş dağətəyi sahədir. Hacıqabul yolunun Nəvai hissəsinə (Qazax istiqamətinə gedərkən, yolun sağ tərəfi) düşən Bakının peyk-şəhəri olacaq yeni paytaxtın adı barədə dəqiq qərar verilməyib. Mənbənin iddiasına görə, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurdu...

Ələtdə yeni paytaxt salınır - təfsilatlar


Qaynağımız deyib ki, yeni paytaxtın salınması artıq əsas müzakirə mərhələsini keçib və prezident səviyyəsində bu layihə dəstək qazanıb. İddia var ki, bu, əslində İlham Əliyevin özünün layihəsidir. Alternativ variantlar arasında (İsmayıllı, Qəbələ, Göyçay) Ələt-Nəvai istiqaməti seçilib və artıq bu dev-projenin gerçəkləşməsi üçün ilkin 20 milyard manat vəsait ayırmağa da razılıq verilib. Bugünlərdə Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin istifadəyə verilməsini hökumətin yeni paytaxtın salınacağının anonsu hesab edənlər də var. Eyni zamanda artıq ictimaiyyətə məlumdur ki, beynəlxalq hava limanı da inşa ediləcək.

Ələtdə yeni paytaxt salınır - təfsilatlar

Yeni paytaxt ilk növbədə Bakının əhali yükünü xeyli dərəcədə, ən azı 1 milyon nəfər yüngülləşdirməyə kömək edəcək. Dövlət qurumlarının əksəriyyəti, nazirliklər, Nazirlər Kabineti, Milli Məclis, diplomatik nümayəndəliklər, ali və orta təhsil məktəblərinin bəziləri, həbsxanalar yeni paytaxta köçürülməli, Bakı isə ölkənin əsas sənaye və ticarət mərkəzi kimi qalmalıdır. Hökumətin ilkin hesablamalarına görə, paytaxt köçürülsə, Bakının əhali yükünü ən azı 1 milyon nəfər, avtomobil yükünü isə 100 minlərlə yüngülləşdirmək mümkün olacaq. Məlumatda o da deyilir ki, yeni paytaxtla Bakı arasında əlaqələrin qurulması üçün ilk növbədə sürət qatarlarının olması vacibdir ki, hökumət bu istiqamətdə də xarici şirkətlərlə danışıqlara başlayıb. Bunun üçün sürət qatarlarının çəkilməsi planlaşdırılır ki, bu da “köhnə və yeni paytaxtlar” arasındakı məsafəni 20 dəqiqə edəcək. Prezidentin xüsusi diqqətində olan bu proyektin gerçəkləşməsi 2015-ci ilin sonuna yaxın başlamalıdır. Əgər bu proyekt gerçəkləşərsə, prezident Azərbaycanın müasir tarixində adını yeni bir səhifəyə yazmış olacaq.

Yeri gəlmişkən, yaxın qonşularımız da paytaxtların yükünün azaldılması praktikasından geniş istifadə ediblər. 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq.

Xəbər xidmət


Ələtdə yeni paytaxt salınır - təfsilatlar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Dəmiryol Vağzalı köçürüləcək, amma bilinmir hara...

    Bakı Dəmiryol Vağzalı köçürüləcək, amma bilinmir ...

    31-10-2014, 14:17

  • 
  • Paytaxt sürücülərinin nəzərinə: Bu yollardan getməyin!

    Paytaxt sürücülərinin nəzərinə: Bu yollardan ...

    6-05-2014, 09:52

  • 
  • Azərbaycanda yollara 25 milyard xərclənib

    Azərbaycanda yollara 25 milyard xərclənib ...

    9-06-2016, 16:40

  • 
  • Bakıda böyük dəyişikliklər olacaq - yeni Baş Planın bilinməyən detalları açıqlandı

    Bakıda böyük dəyişikliklər olacaq - yeni Baş ...

    17-10-2013, 15:59

  • 
  • Bakı küçələrində yenidən tramvay görünəcək

    Bakı küçələrində yenidən tramvay görünəcək ...

    23-02-2016, 15:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu