GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şəmkirin kriminal keçmişli yeni icra başçısı - Alimpaşa Məmmədov kimdir?

Şəmkirin kriminal keçmişli yeni icra başçısı - Alimpaşa Məmmədov kimdir?

Tarix: 10-10-2014, 11:03 Bölmə :Manşet Baxış: 2 166
Vergilər nazirinin Sumqayıta başçı göndərmək istədiyi məmurun Şəmkirə təyinatının pərdəarxası məqamları

Oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkirin yeni icra başçısı təyin olundu. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş A.Məmmədov vergilər naziri Fazil Məmmədovun “vuran əli” hesab olunur. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişfi.

Nazir F.Məmmədov 2012-ci ildə onu Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin etmişdi. Bakı Vergilər Departamentinin rəisi Tariyel Quliyev isə nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olundu. Bu təyinatları zəruri edən amilə diqqət yetirərkən F.Məmmədovun A.Məmmədova nə qədər etimad göstərdiyini sezmək olur. Həmin vaxt A.Məmmədovun təyinatını şərtləndirən Vergilər Nazirliyinin nüfuzlu bir klanın “çətiri” altından çıxaraq Paşayevlərin çevrəsinə daxil olması idi. T.Quliyev digər klana yaxınlığı ilə seçilən bir şəxs idi, onun Bakı Vergilər Departamentinə rəhbərlik etməsi Paşayevlərin marağına uyğun deyildi.

T.Quliyevin nazirlikdə xüsusi statusu da var idi. Bu şəxs nazirliyin qeyri-rəsmi kassiri sayılırdı - qeyri-rəsmi yığımlara və “paket”lərin (işçilərə verilən qeyri-rəsmi maaşın) verilməsinə cavabdeh idi. Təbii ki, belə zəngin informasiyalara malik olan bir şəxsi nazirlikdən uzaqlaşdırmaq təhlükəli idi. Ona görə də o, Daxili Təhlükəsizlik İdarəsinə rəis göndərilməklə neytrallaşdırıldı. Əvvəllər “paket” paylayan T.Quliyev indi “paket” alanlar sırasına daxil edildi.

Şəmkirin kriminal keçmişli yeni icra başçısı - Alimpaşa Məmmədov kimdir?

Şəmkirə icra başçısı göndərilən Alimpaşa Məmmədovun bioqrafiyası da maraqlıdır. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və vergilər naziri Fazil Məmmədovun “vuran əli” sayılıb. A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq vergilər naziri yenə ona sahib çıxaraq daha yüksək vəzifəyə - nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbayel Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib” - iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.

Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərib. Burada reabilitasiya olunduqdan sonra isə yetərincə strateji və “rentabelli” bir posta - Bakı Şəhər Vergilər Departamentinə rəis göndərib. Ölkədə yığılan vergilərin 83 faizinin paytaxtda toplandığını nəzərə alsaq, izafi şərhə ehtiyac qalmaz.
Burada zəruri bir arayışa ehtiyac var. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxt vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi.

Şəmkirin kriminal keçmişli yeni icra başçısı - Alimpaşa Məmmədov kimdir?

Bu ilin avqustunda dərc etdiyimiz “Fazil Məmmədovun ”payız planı" adlı yazıda vergilər nazirinin payızda bir neçə rayonun icra hakimiyyəti başçısı postuna öz adamını yerləşdirmək niyyətinin olduğunu yazmışdıq. Həmin yazıda F.Məmmədovun yaxın çevrəsində icra başçısı olmağa iddialı ən azı 20 şəxsin olduğu qeyd olunurdu. Bildirilirdi ki, bu həm də 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlıqla bağlı bir məsələdir. Vergilər naziri parlamentdə ayrıca siyahı ilə təmsil olunmaq niyyətindədir. Həmin yazıdan sitat: “Hakimiyyət elitasının ən önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədov payızda gözlənilən kadr dəyişiklərinə hazırlaşır. Nazirə yaxın bir neçə şəxs icra başçısı olmaq iddiasını ortaya qoyub. Onların arasında F.Məmmədovun qohumları və biznes ortaqları da var. F.Məmmədov icra başçısı görmək istədiyi şəxslərin adlarını da açıqlayıb - Bakı Şəhər Vergilər Departamentinin rəisi Alimpaşa Məmmədov, vergilər nazirinin müavini Sahib Ələkbərov (Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun atası), nazirin müşaviri Mahir Rəfiyev, nazirin müşaviri Fəxrəddin Qəmbərov. Başqa iddialılar da var. Ancaq əsas namizədlər bunlardır.

Vergilər nazirinin müşaviri Mahir Rəfiyev nazirliyə özəl sektordan adlayıb. O, ”Atabank"ın Müşahidə Şurasının sədri olub. F.Məmmədovun Çexiyadakı biznesini idarə edən şəxslərdən biridir. Onun Neftçalaya icra başçısı göndəriləcəyi ilə bağlı məlumatlar var. Vergilər Nazirinin müavini Sahib Ələkbərovun xüsusi təqdimatına ehtiyac yoxdur. O, sovet sistemində Azərbaycan komsomoluna rəhbərlik edib. Azərbaycan müstəqillik əldə edəndən sonra bizneslə məşğul olub. 2003-cü ildə dövlət idarəçiliyinə qayıdıb və Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Az sonra hakimiyyətdəki köhnə qvardiyanın təzyiqi ilə işdən çıxarılıb və dişsiz bir vəzifəyə təyinat alıb - bir müddət Dövlət Statistika Komitəsinin sədrinin müavini işləyib. Ancaq az sonra F.Məmmədov onu çətirinin altına alıb və özünə müavin təyin etdirə bilib. Onun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi gözlənilir.

Şəmkirin kriminal keçmişli yeni icra başçısı - Alimpaşa Məmmədov kimdir?


Vergilər nazirinin müşaviri Fəxrəddin Qəmbərov uzun müddət prokurorluq orqanlarında işləyib. F.Məmmədovun yaxın dostu və etibarlı kadrı olan F.Qəmbərov Vergilər Nazirliyinin istintaq idarəsinə rəhbərlik edib. Hazırda əsas qeyri-rəsmi missiyası nazirin Qərb bölgəsində olan biznesini idarə etməkdir. Əslən Qərb bölgəsindən olan F.Qəmbərovu F.Məmmədov bölgənin mərkəzi şəhərinin - Gəncənin icra hakimiyyətinin başçısı postunda görmək istəyir".

Həmin yazıda A.Məmmədovun nazirin biznesini idarə edən əsas fiqur olduğu da qeyd edilirdi. Bildirilirdi ki, F.Məmmədov onu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin etdirməyə çalışır. Görünür, nazir güvəndiyi kadrı qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkirə başçı göndərməklə onun sonrakı təyinatlarına əsas yaradır. Bundan başqa, hazırda Rusiya ilə ticari əlaqələrə yenidən geniş şərait yaranıb.
Bu şərait sözsüz ki, Rusiyanın meyvə-tərəvəz bazarlarında dominant mövqe tutan şəmkirli biznesmenlərin gəlirlərini birə on artıracaq. Belə bir vəziyyətdə vergilər nazirinin Sumqayıta başçı göndərmək niyyətində olduğu kadrın Şəmkirə başçı göndərilməsinə razılıq verməsi də başadüşüləndir. Sumqayıt sahibkarlarının qənimi, Bakıda sahibkarları müflis olmaq həddinə çatdıran məmurun sədasını tezliklə şəmkirli biznesmenlərin dilindən eşidəcəyik.
Məsələnin maraqlı tərəflərindən biri də budur ki, Alimpaşa Məmmədovun, nazir F. Məmmədovun digər yaxın adamı olan Xaləddin İsgəndərovla (Binəqədinin icra başçısı), münasibətləri yaxşı deyil.

Müsavat//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkirin yeni başçısı kimdir?

    Şəmkirin yeni başçısı kimdir? ...

    9-10-2014, 03:41

  • 
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29

  • 
  • Alimpaşa Məmmədov bölgələrdə balıq biznesini zəbt edib

    Alimpaşa Məmmədov bölgələrdə balıq biznesini zəbt ...

    22-09-2015, 21:45

  • 
  • İsmayıllı Fazil Məmmədovun kurasiyasına verilib

    İsmayıllı Fazil Məmmədovun kurasiyasına verilib ...

    5-02-2014, 09:36

  • 
  • Vergilər Nazirliyində yeni TƏYİNAT

    Vergilər Nazirliyində yeni TƏYİNAT ...

    20-02-2016, 20:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu