GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezident İlham Əliyev MDB-nin hələ tükənmədiyini dedi

Prezident İlham Əliyev MDB-nin hələ tükənmədiyini dedi

Tarix: 10-10-2014, 15:53 Bölmə :Manşet Baxış: 622
Minskdə keçirilən MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib.

Prezident İlham Əliyev MDB-nin hələ tükənmədiyini dedi

Virtualaz.org saytı xəbər verir ki, İlham Əliyev çıxışında MDB-nin hələ öz potensialını tükətmədiyini, qarşılıqlı əməkdaşlıq, regional və beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi üçün meydança rolunu oynadığını deyib.

“Biz həmkarlar olaraq uzun illərdir birgə ünsiyyətdə oluruq və mühüm məsələləri həll edirik, bizi narahat edən bütün məsələlər bu cür açıq və səmimi şəraitdə müzakirə olunmalıdır. Hesab edirəm ki, bizim təşkilatımızın çərçivəsində qarşılıqlı əməkdaşlıq, koordinasiya, bir-birimizin problemlərinin daha yaxşı anlaşılması, həmçinin digər mühüm məsələlərin həllində çox şey əldə edilib” - Azərbaycan prezidenti bildirib.

İ.Əliyev Azərbaycanın MDB ölkələrinin əksəriyyəti ilə ikitərəfli formatda da çox fəal əməkdaşlıq etdiyini deyib.

“Hesab edirəm ki, bizim ikitərəfli əməkdaşlığımız MDB çərçivəsində münasibətlərimizin əsasını təşkil edir” - Əliyev əlavə edib.

* * *14:40

Sammitdə çıxış edən Tacikistan prezidenti Emoməli Rahmon Orta Asiya respublikaları üçün mövcud olan təhdidlərdən - Əfqanıstanda “Taliban” hərəkatından, narkotrafikdən və dini radikalizm təhlükəsinin getdikcə artmasından danışıb.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov da çıxışında Ukrayna tematikasına toxunmayıb, MDB dövlətləri qarşısında dayanan problemlərdən, regional təhlükəsizlik məsələlərindən və beynəlxalq terrorçuluğun, dini radikalizmin yaratdığı təhdidlərdən danışıb.

Özbəkistan prezidenti İslam Kərimov isə dünyadakı gərgin vəziyyətdən, bir çox ölkələrdə qan axıdılması ilə nəticələnən siyasi qarşıdurmalardan, Əfqanıstanda 35 ildir davam edən, qardaş qırğını, milyonlarla adamın həlak olması ilə nəticələnən müharibədən danışıb.

Virtualaz.org saytı xəbər verir ki, daha sonra İslam Kərimov Ukrayna prezidenti Pyotr Poroşenkonu MDB sammitinə qatılmadığına görə kəskin tənqid edib.

İ.Kərimov yazılı nitqini oxumaqda davam edərək bildirib ki, iki gün əvvəl agentliklər P.Poroşenkonun MDB sammitinə qatılacağını xəbər vermişdi. Dünən isə məlum olub ki, o, sammitə qatılmayacaq.

İ.Kərimov bunu “yolverilməz davranış” adlandırıb. Deyib ki, bir ilə yaxındır Ukrayna mövzusu bütün MDB-də gündəmin birinci məsələsidir. O zaman Ukrayna prezidenti Avropa liderləri ilə görüşlərə vaxt tapması, ancaq MDB sammitinə qatılıb baş verənlərə aydınlıq gətirməmək istəməməsi anlaşılmaz görünür. İ.Kərimov Ukraynanın hələ MDB üzvü olduğunu xatırladıb və Poroşenkoya iradlarını davam etdirib.

* * *14:28

Belarus prezidenti Aleksandr Lukaşenko sammitdəki çıxışında Ukraynadakı münaqişə tərəflərini anlaşma üçün təmas nöqtəsi tapmağa, qan axıdılmasını dayandırmağa və Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl etməyə çağırıb.

“Bütün mübahisəli məsələləri dinc yolla həll etmək lazımdır. Bizim qardaş xalqın qanının bundan sonra da axıdılmasına imkan vermək olmaz” - Lukaşenko bildirib.

“Qətiyyən yolverilməzdir ki, burada, praktiki olaraq Avropanın mərkəzində döyüş əməliyyatları gedir. Ümid edirəm ki, bütün iştirakçılar Ukraynanın cənub-şərqində döyüş əməliyyatlarının dayandırılması məsələsində məni dəstəkləyəcəklər” - Belarus prezidenti əlavə edib.

Onun sözlərinə görə, Ukrayna təkcə lokal münaqişə ocağı deyil, eyni zamanda bu döyüş əməliyyatları Ukraynanın və bütün postsovet məkanının təhlükəsizliyinə, iqtisadi inkişafına birbaşa təsir edir.

Virtualaz.org saytı xəbər verir ki, Moldova prezidenti Nikolay Timofti də Ukraynadakı münaqişədən danışıb, bu münaqişənin kökünün Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasından qaynaqlandığını deyib.

N.Timofti bildirib ki, onun ölkəsi də Aİ ilə Assosiasiya sazişi imzalayıb və bu əməkdaşlıq MDB ölkələri ilə Moldova arasında əməkdaşlığa mənfi təsir etməməlidir. Moldova prezidentinin sözlərinə görə, onun ölkəsinin Avropa ilə əməkdaşlığı MDB-nin qalan ölkələrinə qarşı deyil və bu məsələdən münaqişə yaratmaq üçün istifadə olunmamalıdır. N.Timofti Rusiyanın Moldova ilə Aİ arasında Assosiasiya sazişinə görə çaxır idxalına qadağa qoymasından da məyus olduğunu ifadə edib.

Rusiya prezidenti Vladimir Putin isə öz çıxışında Moldova və Ukraynaya xəbərdarlıq edərək deyib ki, onlar Aİ ilə azad ticarət razılaşmasına gedəndə bunun Rusiya ilə ticarət münasibətlərinə necə təsir edəcəyini nəzərə almalı idi.

Putinin bildirdiyinə görə, o, dəfələrlə təklif edib ki, Aİ ilə azad ticarət razılaşmasının nəticələri təhlil olunsun, bunun Rusiya ilə iqtisadi-ticarət əlaqələrinə necə təsir edəcəyi araşdırılsın. Lakin onun sözlərinə görə, həmin ölkələr bunu etməyiblər, əgər Rusiyanın çağırışı vaxtında eşidilsəydi, problemlər də meydana çıxmazdı.

* * *14:01

Minskdə az əvvəl MDB dövlət başçılarının sammiti Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə başlayıb.

Virtualaz.org saytı Belarus rəsmi qaynaqlarına istinadən xəbər verir ki, sammitin gündəliyinə 17 sənəd layihəsi daxil edilib. Bu sənədlərin humanitar sahədə əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və digər sahələrə aiddir.

MDB sammiti işini başa çatdırandan sonra onun ardınca Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrin - Belarus, Qazaxıstan və Rusiyanın prezidentləri toplaşacaq. Bu toplantıda Avrasiya İqtisadi Şurasının fəaliyyətinə xitam veriləcək. Çünki həmin şuranı təsis edən dövlətlər indi yeni ittifaqda - Avrasiya İqtisadi İttifaqında yer alırlar.

Köhnə “Avrasiya İttifaqı”na xitam verilib təzəsinin iclasına başlayandan sonra prezidentlər gündəmdə dayanan əsas məsələyə-Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə dair çoxdandır masa üzərində olan ərizəsinə baxacaqlar.

Xəbər verdiyimiz kimi, Ermənistanın üzvlüyünün bu dəfə də baş tutub-tutmaması sual altındadır. Qazaxıstan və ola bilsin, həm də Belarus Ermənistanın üzvlüyünə dair rəsmi razılıq verməyə hazır deyillər.

Bu il may ayında Astanada Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Ermənistanın üzvlüyü məsələsi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qeyd-şərti səbəbindən təxirə salınmışdı.

Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevdən aldığı məktuba istinadən Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində qəbul olunmasını tələb etmişdi. Bu isə ən azı əslində Ermənistanla bir iqtisadi məkanda olan Dağlıq Qarabağın Ermənistan Respublikasından gömrük məntəqəsi ilə ayrılması deməkdir.

Minsk sammiti ərəfəsində diqqəti Azərbaycan xarici işlər nazirinin Minskə baş çəkməsi və Belarus prezidenti tərəfindən xüsusi ehtiramla qəbul olunduğu cəlb edir. Ermənistan ekspert dairələrində bu dəfə Belarus prezidenti Aleksandr Lukaşenkonun “qeyd-şərt” irəli sürəcəyini ehtimal edirlər.

Rusiyadan “müsbət eyham”...

Bir çox ekspertlər Minskdə Ermənistanın Aİ üzlüyü haqqında müqavilənin imzalanacağında şübhələnirlər. Lakin Ermənistan XİN-i ötən ayın sonunda müqavilənin layihəsini açıqlayıb və bununla sənədin mətninin artıq razılaşdırıldığına eyham vurub.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə cümə günü Avrasiya Ali İqtisadi Şurası liderlərinin Minsk sammitində Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul olunması müqaviləsini imzalayacaqlarını bəyan edib.

“Beləliklə, gələn il yanvarın 1-dən Ermənistan ittifaqın tamhüquqlu üzvü olar” - İTAR-TASS agentliyi Rusiya rəsmisinin sözlərini sitat gətirir.

Bəzi Ermənistan təhlilçiləri və ölkənin hakim dairələri Ermənistanın Aİ-yə daxil olmasını həm iqtisadi həm də, xüsusilə, təhlükəsizliyi baxımından əlverişli olduğunu qeyd edirlər.

BBC-nin xəbərinə görə, Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyan Ermənistanın Aİ üzvü olmasının ölkənin daxili, iqtisadi siyasəti, eləcə də regional kontekstdə ciddi əhəmiyyət kəsb edəcəyini qeyd edir.

“Bəziləri Ermənistan hakimiyyətinin bu addımını Dağlıq Qarabağın gələcək iqtisadi və siyasi durumu ilə bağlı tənqid edirlər, lakin Ermənistan rəhbərliyinin bu qərarı məhz Qarabağ problemi ilə şərtləşdirilmişdir” - o deyib.

“Təhlükəli alyans”...

Sabiq milli təhlükəsizlik naziri, “Concord” analitik mərkəzinin rəhbəri David Şahnazaryan Ermənistanın Rusiya himayəsi altında yaranan alyansa daxil olmasını demokratik təsisatların təsbitinə təhlükə adlandırır: seçkilər əvvəlki kimi formal xarakter daşıyacaq, korrupsiya sistemi ləğv edilməyəcək.

“Yeni birlikdə Ermənistan iqtisadi sərhədlərinə nəzarəti başqa qurumun ixtiyarına vermiş olur” - deyə Şahnazaryan Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına çəkmək üçün hər şey etməyə hazır olduğunu bildirir. Və Ermənistan, onun sözlərinə görə, bu ittifaqda subyekt deyil, sadəcə Azərbaycana təzyiq etmək aləti olacaq.

Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan son il ərzində dünyada siyasi durumun tamamilə dəyişdiyini qeyd edir: Rusiya tam təcrid olunmuş bir ölkəyə çevrilib və Avropa İttifaqı ilə NATO-nu öz düşmənləri elan edib.

“Belə bir vəziyyətdə Ermənistana Avrasiya İttifaqına qatılmağa dəyərmi? Faktiki Ermənistan beynəlxalq sanksiyalar altında olan ölkə ilə bir alyansa birləşir” - o deyir.

A.Arzumanyanın sözlərinə görə, Ermənistan ”onsuz da çoxsaylı problemləri olan və siyasi perspektivsiz, kağız üzərində qalası bir ittifaqa” üzv olur.

Etiraz aksiyası...

Minsk sammiti ərəfəsində bir qrup fəal Ermənistanın Avrasiya İttifaqına üzv olması müqaviləsinin imzalanmasına qarşı etiraz aksiyasını keçirib.

Təxminən 15 nəfər Aİ əleyhinə, “23 illik müstəqilliyimiz nə tez qurtardı” şüarları və “Azad, müstəqil Ermənistan” çağırışları ilə İrəvanın Azadlıq meydanından prezident iqamətgahı istiqamətində yürüş keçirdilər.

“Biz Ermənistan prezidentindən Ermənistanın suverenliyinə və ölkə Konstitusiyasına zıdd olan müqaviləni imzalamamağı tələb edirik. İstər prezident, istər parlament sədri, yaxud baş nazirin - kim olursa olsun - ölkənin suverenliyinə xələl gətirən heç bir müqavilə imzalamağa haqqı yoxdur” - aksiya iştirakçısı Daniel İonisyan deyib.

Etirazçılar prezident iqamətgahı önündə öz tələblərini və Avrasiya İttifaqı sammitinə yola düşəcək Ermənistan prezidentinin ünvanına “Minskdən qayıtma!” səsləyirdilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MDB qərargah rəisləri Minskdə

    MDB qərargah rəisləri Minskdə ...

    28-03-2016, 19:18

  • 
  • Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

    Prezident İlham Əliyev MDB Dövlət Başçıları ...

    16-10-2015, 12:13

  • 
  • Nazarbayev MDB-nin inkişafı üçün yeni konsepsiya təklif etdi

    Nazarbayev MDB-nin inkişafı üçün yeni konsepsiya ...

    10-10-2014, 17:37

  • 
  • MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq

    MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə ...

    10-10-2014, 11:08

  • 
  • Ramiz Mehdiyev Moskvaya səfər edib

    Ramiz Mehdiyev Moskvaya səfər edib ...

    12-11-2015, 16:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu