Lökbatan ticarət mərkəzində böhran keçən ildən başlayıb
Şənbə günü Lökbatanda “Sədərək”, “Binə”, ticarət mərkəzlərinin kiçik tacirlərinin kütləvi çıxışını gözlənilməz hesab etmək olmaz. Ticarət mərkəzlərində gərginlik ötən ilin sonlarında ticarət məntəqələri sahiblərindən kassa aparatları quraşdırılması tələb edildiyi vaxtdan artırdı. Yanvarda hər iki ticarət mərkəzində kortəbii mitinqlər keçirildi, bu tələb bazar sahiblərinin əllərini sahibkarların cibinə daha dərin salmaq cəhdi kimi qiymətləndirib. Məlum olduğu kimi, bazarlarda əsasən aşağı keyfiyyətli çoxişlənən malların ticarəti ilə məşğul olan ticarətçilər yüksək icarə haqqı və müxtəlif qanunsuz rüsumlar ödəyir. Son vaxtlar icarə haqqı yenidən 240 manat artaraq, sahəsindən asılı olaraq aylıq 800-2000 manat təşkil edib. Ticarət mərkəzinin ümumi sahəsi bir neçə min ha təşkil edir. O, ərazisinə görə Heydər Əliyev aeroportu yaxınlığındakı əvvəlki yerindən xeyli böyükdür. 2009-cu ilin aprel ayına qədər ticarət mərkəzi orada 600 ha-lıq ərazidə yerləşirdi və Lökbatana – prezidentin yolundan uzağa köçürülüb. Ticarətçilərin hazırki nümayişi kütləviliyinə və emosionallığına görə əvvəlki etiraz aksiyalarından xeyli fərqlənir. Bəzi şahidlər hesab edirlər ki, etiraz əhval-ruihiyyəsini 2005-ci ildə tamamilə məhv edilməmiş narıncı geyimlər qızışdırıblar. 2005-ci ilin avqust ayında seçkilər ərəfəsində mülki geyimli şəxslər narıncı rəngli malları satışdan qaldırmaq məqsədilə ticarət mərkəzində reydlər aparmağa başladılar. Narıncı mallar qanunsuz olaraq müsadirə olunur və ticarət mərkəzinin arxasındakı boş ərazidə yandırılırdı. Həmin vaxt “Sədərək” və “Binə” ticarət mərkəzlərində uşaq geyimi, dəri və parça məmulatları da daxil olmaqla, narıncı rəngli heç nə qalmamışdı. Məhz buna görə, hakimiyyət dəhlizlərində həmin vaxt Azərbaycanda “narıncı inqilabın” baş tutmadığını hesab edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?