Dərbənddə azərbaycanlılara məxsus qədim İmam Hüseyn məscidini onların əlindən almaq istəiyrlər. Bu barədə Savash.org-a Dərbənddəki mənbələrdən məlumat daxil olub. Məscidin axundu Seyidov Mirbala Ağamirabbas oğlunun sözlərinə görə, məscid Dərbənd şəhərinin Lenin küçəsində yerləşir. «Ata babalarımızdan qalan məscidi “Qorpişkombinat” zavodunun direktoru Kistaman Ağamirzoyeva ələ keçirmək istəyir. O, öz puluna güvənərək, saxta sənədlərlə məscidin yerini alıb, orada dükan, mağazalar tikmək istəyir. Artıq məscidin qapısı alver yerinə çevrilib». Axundun dediyinə görə, bu hərəkət azərbaycanlıların qəzəbinə səbəb olub.
Məscidin başqa bir axundu Hacı Nağının sözlərinə görə, məscidi qorumaq üçün Dərbənd şiələri ölümə getməyə belə hazırdır. Onlar bu məsələylə bağlı prezident Putinə müraciət edəcəklər. Yaxın günlərdə isə şəhərdə böyük aksiyaya hazırlaşırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?