Dərbəndin ən böyük və gəlirli müəssisəsi olan Dərbənd Konyak zavodunun səhmlərinin yarıdan çoxuna erməni Avanesyan Vladimir Artyomiviç sahib olub. Bu barədə musavat.com-a Dərbənddəki mənbələrdən məlumatt daxil olub. Mənbənin dediyinə görə, adıgedən zavodun 4 087 265 səhmlə (55, 3 faizi) məhz Avanesyanın sahibi olduğu şirkətə, «Moryana» şirkətinə məxsusdur.
Mənbənin bildirdiyinə görə, Dərbənd Konyak Zavodu Rusiya və digər MDB ölkələrinə, hətta Avropaya belə keyfiyyətli konyak və digər spirtli içki məhsulları ixrac edir. Avanesyan şəhər administrasiyası icra aparatının sədri Avanes Ambartsumovun yaxın qohumu olduğuna görə, o, Dərbənddə xeyli gəlirli obyektlərə də sahibdir. Onun şirkəti Dərbənddə çoxlu sayda mağaza və tisarət obyektləri, habelə 4 restorana da daxildir.
Mənbə deyir ki, vaxtıyla bu zavodun rəhbərliyi də, işçilərini əksəriyyəti də azərbaycanlılar olub. Amma son vaxtlar vəziyyət dəyişib
Mənbə deiyr ki, Avanesyan Ümumrusiya Ermənilərin İttifaqının prezidenti Ara Abramyanın da yaxın qohumudur. O, Abramyanın baldızının əridir. Abramyanın adı sizlərə «Azerros»un sabiş prezidenti «Milyarderlər İttifaqı»nın aktiv üzvlərindən olan Söyün Sadıqovla bağlı tanışdır. Məhz Sadıqov bir qədər öncə Abramyanla Dağlıq Qarabağla bağlı Azərbaycanın mənafeyinə uyğun olmayan müzakirələr aparmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?