Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peşmərgə qüvvələrinin Türkiyə üzərindən Kobaniyə keçidini ABŞ Prezidenti Barak Obamaya özünün təklif etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, Ərdoğan beynəlxalq koalisiya qüvvələrinin kürdlərə yardım göndərməsinə də münasibət bildirib. Koalisiya qüvvələrinin havadan göndərdiyi yardımın kimlərə çatdığının məlum olduğunu, hətta İŞİD-in internet səhifələrindən bu görüntüləri paylaşdıqlarını qeyd edib.
Xatırladaq ki, beynəlxalq koalisiya qüvvələrinin kürdlərə havadan yardım göndərməsi zamanı silah və tibbi ləvazimat dolu paketlərin bir qismi İŞİD tərəfinə düşmüşdü.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?