GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ərəb şeyxlərinə satılan azərbaycanlı qadınların etirafları - ŞOK TƏFƏRRÜAT

Ərəb şeyxlərinə satılan azərbaycanlı qadınların etirafları - ŞOK TƏFƏRRÜAT

Tarix: 22-10-2014, 21:52 Bölmə :Manşet Baxış: 2 540
Bakı Apellyasiya Məhkəməsində Ağdam rayonu, Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Qafur Bağırovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Qafur Bağırov gəlir əldə etmək məqsədilə Sevinc Xəlilova və qeyriləri ilə əlbir olaraq qadınları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə apararaq cinsi təcavüzə məruz qoyub.

Ərəb şeyxlərinə satılan azərbaycanlı qadınların etirafları - ŞOK TƏFƏRRÜAT
O, 2014-cü il yanvar ayının əvvəllərində Aygün Hacıyeva və Xatirə Ağayevanın (zərərçəkmişlərin adları və soyadları şərti göstərilib) maddi cəhətdən korluq çəkdiklərini bilərək onları Dubaydakı otellərin birində qeydiyyatçı kimi işə düzəldəcəyini vəd edib.

Qafur Bağırov fevralın 3-də Aygünü Dubaya yola salsa da, pasportu olmadığı üçün Xatirə gedə bilməyib. Dubayda Aygünü qarşılayan Sevinc Xəlilova onu yaşadığı evə aparıb. O, Vüsalə və Cəfər adlı şəxslərlə birgə Aygünü kişi müştərilərlə görüşdürərək onu cinsi təcavüzə məruz qoyub.

Qafur Bağırovun növbəti qurbanı Gülbəniz Əliyeva adlı qadın olub. Gülbənizin imkansız olduğunu bilən Qafur Bağırov onu Dubaydakı qızıl-zinət əşyaları mağazasına satıcı düzəldəcəyini vəd edib. Onun təklifi ilə razılaşan Gülbənizi və özünə yeni pasport düzəldən Xatirəni Dubaya apararaq Sevinc və digərləri ilə birgə onların kişilərlə görüşməsini təşkil edib.

İlkin dindirilmə zamanı Qafur Bağırov ifadəsində taksi sürücüsü işlədiyini, Xatirənin onun daimi müştərisi olduğunu göstərib: “Xatirəni üç il olar tanıyıram. “Rusalka” masaj salonunda işləyirdi. Onun fahişəliklə məşğul olduğunu bilirdim. Xatirəni çox vaxt işdən evə mən aparırdım. Aygünü də həmin masaj salonundan tanıyırdım. O da orada işləyir, fahişəliklə məşğul olurdu. Aygünü Xatirə vasitəsilə tanımışdım. Xatirə özü mənə demişdi ki, Aygün əvvəllər Dubayda fahişəlik edib, yenidən ora getmək niyyətindədir. Xatirə Aygünü Dubaya yola salmaq üçün yaxın tanışlarımın birinin vasitəsilə viza açdırmağı xahiş etdi. Mən də həmkəndlim Sevinc Xəlilovanın oğlu Eminlə əlaqə saxlayıb ona viza almağa köməklik etməsini istədim. Emin razılıq verdi. Həmin vaxt Xatirə də getmək istəyirdi. Amma pasportu itdiyindən bu baş tutmadı”.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, fevralın 3-də Aygünü Bakı aeroportuna aparıb və oradan Dubaya yola salıb: “Emin də zəng vurub Aygünün Dubaya çatdığını dedi. Növbəti dəfə Xatirəni işdən evə aparanda mənə Aygün zəng vurdu, “vəziyyəti çox yaxşıdır” dedi və Xatirəyə də viza almaq üçün köməklik etməyimi istədi. Xatirə pasport sifariş etdi. Pasport hazır olduqdan sonra kserosurətini Eminin elektron ünvanına göndərdik. Həmin ərəfədə Gülbəniz də Dubaya getmək istədiyini dedi. Mən Gülbənizə də köməklik etmişəm. Sənədlərin surəti göndərildikdən sonra Sevinc vizaları hazırladı. Viza hazır olandan sonra Sevinc mənimlə əlaqə saxladı. Martın birində Xatirə və Gülbənizlə birlikdə Dubaya getdim. Dubayda bizi Sevincin oğlu və Vüsalə adlı bir qadın qarşıladı. Sevinc Xatirəni və Gülbənizi yaxınlıqda yerləşən otelə apardı. Mən başqa oteldə qalırdım. Sonradan bildim ki, Sevinc qızları digər oteldə fahişəliyə cəlb edib.

Gətirdiyim qadınları heç özüm də görə bilmədim. Bir neçə gündən sonra Aygün, Xatirə və Gülbəniz mənə Azərbaycana qayıtmaq istədiklərini dedilər. Onlarla birgə qayıtmaq fikrində idim. Martın 6-da isə qızların 3-nün də Bakıya qayıtdıqlarını eşitdim”.

Təqsirləndirilən şəxs bir ay Dubayda qaldıqdan sonra Bakıya qayıtdığını, həmin qadınları bir daha görmədiyini deyib: “Hər üç qadın imkansız idi. Onlara köməklik etmək istəmişəm. Etdiyim əməlin cinayət olduğunu bilməmişəm. Sevincin həmin qadınlarla pis rəftar etdiyindən xəbərim olmayıb”.

Zərərçəkmiş şəxs qismində istintaqa ifadə verən Aygün Hacıyeva Qafur Bağırovu rəfiqəsi Xatirə vasitəsilə tanıdığını deyib: “Qafur bizim maddi çətinlik çəkdiyimizi, işsiz olduğumuzu bilirdi. Azərbaycanda münasib iş tapa bilmirdik, tapdığımız işdə isə məvacib çox aşağı olurdu. Qafur məni və Xatirəni Dubayda yaşayan qohumunun yanına göndərə biləcəyini söylədi. Deyirdi ki, Sevincin yanına getsəniz, sizi münasib bir işə düzəldəcək və yaxşı məvacib alacaqsınız. Ona yol xərcimizi ödəməyə belə imkanımızın olmadığını söylədim. Qafur isə hər şeyi özü təşkil edəcəyini bildirdi. Pasportumun surətini internet vasitəsilə Dubaya göndərdi. Sonra Sevincin yolladığı pulla mənə bilet sifariş etdi.

Dubayda Sevinc məni qarşılayıb evə gətirdi. Pasportumu və vizamı əlimdən aldı. Axşam məni kluba apararaq cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etməyi Vüsalə adlı qadına tapşırdı. Onlara Dubaya bu məqsədlə gəlmədiyimi dedikdə Sevinc məni rüsvay edəcəyi ilə hədələdi, başıma müsibətlər gətirəcəyini bildirdi. Məcburiyyət qarşısında qalıb onların dediklərini elədim. Sevinc məni daim qorxu altında saxlayırdı, hətta evimizlə əlaqə saxlaya bilmirdim. İşləmək istəmədiyimi dedikdə, pasportumu tələb etdikdə oğlu ilə birləşib məni döyəcəyi ilə hədələyirdi. Bir dəfə isə Vüsalə məni “Dulf” otelə apardı və orada “Kumar” ləqəbli, əslən azərbaycanlı olan Cəfər adlı şəxslə tanış etdi.

Cəfər Sevincin tapşırığı ilə hər gün məni 10-15 müştəri ilə görüşdürürdü. Cəfərin olduğu oteldə 14 gün işlədim. Sonra Cəfərlə Sevincin arasında pul mübahisəsi oldu. Ona görə Sevinc məni o oteldən çıxardı. Vüsalə bu dəfə məni hindistanlı bir şəxsə məxsus olan “Kapital” otelinə işləməyə apardı. Martın 1-də oteldə olarkən Sevinc dedi ki, gəl gedək evə, sənə sürpriz hazırlamışam. Birlikdə Sevincgilə gəldik. Evə girəndə Xatirə, Qafur və adını sonradan bildiyim Gülbənizi görəndə dəhşətə gəldim. Qafurun onları da aldadaraq Dubaya gətirdiyini başa düşdüm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qafur Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qafur Bağırov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Qafur Bağırovun şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 aya endirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Seyid Lazım Ağanın nəvəsi qadın alverinə görə cəzalandırıldı

    Seyid Lazım Ağanın nəvəsi qadın alverinə görə ...

    1-08-2014, 01:46

  • 
  • Bakı qızlarını Dubaya apararaq fahişəliyə məcbur edən kişi tutuldu

    Bakı qızlarını Dubaya apararaq fahişəliyə məcbur ...

    10-07-2013, 14:52

  • 
  • Qadınları cinsi istismara məruz qoyan şəxs saxlanıldı

    Qadınları cinsi istismara məruz qoyan şəxs ...

    1-03-2014, 16:28

  • 
  • Taleh Bağırov məhkəmədə xütbə dedi

    Taleh Bağırov məhkəmədə xütbə dedi ...

    5-07-2013, 18:01

  • 
  • Dubaya qadın satdı, İnterpol axtardı, məhkəmə isə azad etdi

    Dubaya qadın satdı, İnterpol axtardı, məhkəmə isə ...

    26-10-2015, 14:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu