Mərdəkanda bahalı maşını ilə "avtoş"luq edərək gündəmə gələn Rauf adlı gəncin dəbdəbəli həyatını əks etdirən fotolar dünəndən mediada tirajlansa da, onun kimliyi ilə bağlı hələ də dəqiq məlumat yayımlanmayıb.
Maraqlıdır ki, Rauf "avtoş"luğu ilə medianın gündəminə tez-tez gələn digər vəzifəli şəxslərin övladlarından fərqli olaraq, cazibədar qızlarla olan fotoları ilə diqqəti üzərinə çəkib. Demək olar ki, dünəndən sosial şəbəkələrin əsas müzakirə mövzusu Raufun "90 MP 090" dövlət nömrə nişanlı maşınını reklam edən qızlardır.
“Qafqazinfo” isə Raufun atasının kimliyini öyrənə bilib. Məlum olub ki, Rauf Hüseynov iş adamı Ramiz Hüseynovun oğludur. 23 yaşlı Rauf Xəzər Universitetində təhsil alıb və hazırda hərbi xidmətdədir.
Həmçinin qeyd edək ki, Raufun əmisinin isə Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov olduğu deyilir.
Sorğu
Yeni dizaynımız necədir?