Hakimiyyət gəncləri də vurnuxma içindədir, Rauf Mərdiyevə görə Ceyhun Osmanlını danladılar
gundemxeber.az “İrəli”nin üzvləri Mərdiyevin istefasını tələb edir; təşkilat daxilində ciddi narazılıq yaranıb. Bu barədə yayılan məlumata görə hazırda İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyevə görə adıçəkilən təşkilatın təsisçisi, deputat Ceyhun Osmanlını danlayıblar. İrəli üzvlərinin verdiyi məlumata görə buna səbəb Rauf Mərdiyevin təşkilatda apardığı özbaşına fəaliyyətdir. Belə ki, Mərdiyev öz tanış və qohumlarına təşkilatda vəzifə verib, onlara maaş yazdırır: “Təşkilatın inkişafında əlindən gələn fədakarlığı edən insanlar isə vəzifəsiz qalıb. Rauf Mərdiyev ancaq öz tanışlarına, qohumlarına vəzifə verir. Hazırda Gəncədə Gənclər Forumu keçirilir. Foruma 18 yaşından aşağı uşaqlar aparılıb ki, həmin uşaqlar Raufun qohumlarıdır. Halbuki tədbir uşaqlar üçün yox, gənclər üçün nəzərdə tutulub. Buna sübut kimi forumdan çəkilən fotolara baxmaq kifayətdir. Eyni zamanda Rauf siyasi debatlardan boyun qaçırır. Çünki bir neçə debatda qarşı tərəfin ittihamlarına cavab verə bilməyərək İrəli adını aşağı edib. İrəlinin inkişafında əməyi olan insanlar da hakimiyyətdəki yüksək vəzifəli insanlara bu barədə öz şikayətlərini bildiriblər. Buna görə də onlar Ceyhun Osmanlıya bildiriblər ki, Rauf Mərdiyevi sən sədr etdin, indi isə o təşkilat daxilində narazılıq yaradır. Bir sözlə üzvlərimizin əksəriyyəti Raufun sədrlikdən istefa verməsini istəyir”. İrəlinin mətbuat xidməti ilə əlaqə saxlayıb olan suallara cavab almaq istəsək də mətbuat xidməti məsələyə münasibət bildirmədi. Fərid
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?