Bu heroin əməliyyatı ilə bağlı bəzi yeni təfərrüatlar məlum olub. “Lifenews” xəbər verir ki, Moskva vilayətinin narkotik polisi tərəfindən keçirilən əməliyyat zamanı 700 bağlamaya bükülmüş 174 kiloqram heroin aşkar olunub. Bu, 150 milyon doza deməkdir.
Cinayətkarlar narkotiki Əfqanıstandan banan yeşiklərində gətiriblər. Əməliyyat zamanı bandanın 4 üzvü, o cümlədən başçıları həbs olunub. Narkotikin tapıldığı villanın sahibi, “Parni iz Baku” KVN komandasının oyunçusu İldar Nurimanov hazırda Türkiyədədir, onun narkotik alverində əlinin olması hələlik istintaq tərəfindən müəyyən edilməyib.
KVN-çi bu gün Moskvaya qayıtmalı və ifadə verməlidir. Əməliyyat məlumatlarına əsasən heroin satışı ilə onun mühafizəçiləri məşğul olub.
Yeni təfərrüatlar olacaq, saytımızı izləyin.
* * *14:24
KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə - yarım milyard dollarlıq heroin ələ keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı az əvvəl Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransında açıqlayıb.
Generalın bildirdiyinə görə, əməliyyat Moskvanın Domodedovo rayonunda, Kolıçev kəndində keçirilib.
“Kifayət qədər məşhur olan bir şəxsin, Bakının KVN komandasının keçmiş üzvü İldar Nurimanovun "daça"sından böyük həcmdə - 174 kiloqram təmiz heroin tapılıb. Bütün SSRİ-nin mövcudluğu ərzində heç vax bu həcmdə heroin tapılmamışdı” - deyə general Viktor İvanov bildirib.
Onun sözlərinə görə, heron mühafizə budkasında gizlədilibmiş. Ələ keçirilən heroinin qiyməti 500 milyon dollara yaxındır.
“Heroin Rusiyaya TIR-larda gətirilib və banan yeşiklərində gizlədilib” - deyə general bildirib.
Virtualaz.org saytı bu şok xəbərlə bağlı təfərrüatları öyrənməyə çalışır.
Sorğu
Yeni dizaynımız necədir?