ResmiXeber.Az xəbər verir ki,Gecə saatlarınan başlayaraq Lənkəran rayonunda əsən geclü külək bir sıra fəsadlar törədib.
Elektrik dirəklərinin və xətlərinin sıradan çıxması nəticəsində rayon ərazisinə səhər saatlarına kimi enerjinin verilişi dayandırılıb.Əsən külək əsasən Lənkəranın enerji təsərrüfatına ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı ərazilərdə aşan iri gövdəli hündür ağaclar bəzi yaşayış evlərinin dam örtüklərini dağıdıb, onlarla elektrik dirəyini aşırıb, naqilləri qırıb. Lənkəran şəhər işıq idarəsindən qasırğa nəticəsində min metrdən artıq naqilin qırıldığı, 50-dən artıq elektrik dirəyinin aşdığı bildirilib. Hadisə zamanı yola aşan ağaclar qaz təminatına da ziyan vurub. Hadisə zamanı yola aşan ağaclar qaz təminatına da ziyan vurub. Həzi Aslanov xiyabanında iki mərtəbəli yaşayış evinə yaxın ərazidə ağaclar kökündən çıxaraq yolla aşıb. Hazırda rayon ərazisinə enerjinin verilişi bərpa olması üçün işlər görülür.Elekruk şəbəkəsindən verilən məlumata görə axşam saatlarında şəhərə enerji verilişini tam bərpa etmək mümkün olacaq.Bu gün günorta saatlarında Girdəni kəndində yerləşən yarımstansiyada yanğın hadisəsi baş verib.Hazırda həmin stansiyada ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?