Rayonda ümumilikdə 50-dən çox dam örtüyü sıradan çıxıb
Füzuli rayonunda ötən axşam baş verən güclü qasırğanın fəsadları müəyyənləşib. Rayon İcra Hakimiyyətindən alınan məlumata görə külək Qayıdış və Zobcuq qəsəbələrində 30, ümumilikdə rayon üzrə görə 50-dən çox fərdi yaşayış evinin dam örtüyünü atıb. Onlarla ağacı kökündən çıxarıb. 15-ə yaxın elektik dirəyi aşıb. Elektrik xətləri sıradan çıxıb. Hazırda rayonun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsi dayanıb. Aşmış ağaclar yollardan təmizlənib. Avtomobillərin hərəkətində məhdudiyyət yoxdur. Icra hakimiyyətindən verilən məlumata görə 2-3 saat ərzində elektrik enerjisinin tam bərpa olunması üşün iş aparılır.
Sorğu
Yeni dizaynımız necədir?