“7 saylı xüsusi internat məktəbində təhsil alan Nihad Zaur oğlu Cavadov mayın 16-da ayaqyolunda yıxılaraq, xəsarət alıb”. Bunu Lent.az-ın əməkdaşı ilə söhbətində Suraxanı rayon Polis İdarəsinin 31-ci bölməsinin tədqiqatçısı, polis mayoru Rasim Seyidov bildirib. O qeyd edib ki, 2-ci sinif şagirdi N. Cavadov öz ifadəsində müəllimə tərəfindən döyülmədiyini bildirib: “Şagird qeyd etdi ki, mayın 16-da ikinci dərs zamanı o, Şahnaz adlı müəllimdən icazə alaraq, ayaqyoluna gedib. Ayaqyolunun döşəməsi su olduğundan ayağı sürüşüb, yıxılıb”. R. Seyidov onu da qeyd edib ki, səhəri günü Reyhan adlı müəllimənin dərsi zamanı, internatın digər 4 müəllimi (onlardan ikisi qadın olub) həmin şagirdin şəkillərini çəkiblər və bunun səbəbini açıqlamayıblar. Polis mayoru onu da əlavə edib ki, qərəzli şəkildə yalan məlumatın internetdə kim tərəfindən yayılması faktını araşdırılması üçün müəssisə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək. Adı hallanan 45 illik təcrübəli Gülya adlı müəllimə şərəf və ləyaqətinin təhqir olunması faktı ilə məhkəməyə müraciət edə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?