GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur

Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur

Tarix: 7-11-2014, 10:34 Bölmə :Manşet Baxış: 0
Baldızı oğlunun əvəzinə milyonlar xərcləyən oliqarx məmur
Adı müxtəlif maxinasiyalarda hallanan Arif Əsgərov bu günə qədər niyə cəzasız qalır?
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun adı mətbuatın gündəmindən düşmür. Üstəlik, Əsgərov bir qayda olaraq kütləvi informasiya vasitələrinin gündəminə ən müxtəlif korrupsiya faktları və rəhbəri olduğu qurumun işçilərinin müxtəlif səpkili şikayətləri ilə gəlir.
Son zamanlar sözügedən QSC sədrinin adı ətrafında ən müdhiş qalmaqal isə külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı olub. Xatırladaq ki, bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları”nın marketinq və tarif şöbəsinin bölmə rəisi olmuş Rahib Hüseynov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bölmə rəisi 50-yə yaxın sahibkarı üst-üstə 48 milyon manat aldatmaqda şübhəli bilinib. Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb.
Həbs edilən keçmiş bölmə rəisinin cəmiyyətin sədri Arif Əsgərovun bacısı oğlu olduğu açıqlansa da, sonradan qurumun rəsmiləri bu məlumatı təkzib ediblər.Bir neçə gündən sonra isə bəlli olub ki, cinayətdə təqsirləndirilən şəxs QSC sədri Arif Əsgərovun baldızı oğlu imiş. Daha sonra xəbər yayıldı ki, sözügedən bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərov durur və bütün pullar, sən demə, ona çatırmış.
Bu yaxınlarda isə Arif Əsgərov baldızı oğlunu həbs təhlükəsindən xilas etdiyi barədə məlumat yayıldı. Məlumata görə, QSC rəhbəri mənimsənilən 48 milyonu ödədikdən sonra R. Hüseynovun azadlığa çıxmasını təmin edə bilib. Sual yaranır: görəsən, “Azərbaycan Dəmir Yolları”nın rəhbərində bu qədər pul hardan imiş? Hələ onu da nəzərə alsaq ki, əslində mənimsənilən pulun 70 milyon manat olduğu, sadəcə, bir çoxlarının adının mətbuatda hallanmasını istəməyərək bu məbləği açıq dilə gətirmədikləri barədə də iddialar var, belə çıxır, QSC sədri üçün baldızı oğlunu azadlığa buraxdırmaqdan ötrü daha çox tərləmək lazım gəlib. Obrazlı desək, bəs görəsən Arif Əsgərovun bu “dəyirmanının suyu haradan gəlir”, onun bir yaxın qohumunun azadlığa çıxması üçün xərclədiyi yetərincə iri məbləğdə vəsaitin mənbəyi haradır?
Ümumiyyətlə, “Azərbaycan Dəmir Yolları” QSC-də korrupsiya, yeyinti halları mətbuatda mütəmadi işıqlandırılan mövzulardan biridir. Bununla bağlı müxtəlif vaxtlarda KİV səhifələrinə yol tapan məlumatlarda mənimsəmələrin yetərincə böyük məbləğlərlə ifadə olunduğu aydın görünür. Üstəlik, həmin korrupsiya faktlarının başında birbaşa Əsgərovun özünün dayandığı da dəfələrlə yazılıb, amma bircə dəfə olsun, biz belə informasiyaların təkzibinə rast gəlməmişik.
QSC rəhbərinin necə “varlandığı” məlumdur. İndi maraq doğuran sualın üzərinə gələk: hansı səbəbdən barəsində bu qədər ciddi, az qala ölkə miqyasında ajiotaj doğuran korrupsiya qalmaqalları baş verdiyi halda hələ də Arif Əsgərov “toxunulmaz” saxlanılır, vəzifəsində qalır? Axı elə təkcə yuxarıda haqqında danışdığımız 48 milyon manatlıq mənimsəmə skandalı kifayət edirdi ki, “Azərbaycan Dəmir Yolları”nın rəhbəri postundan uzaqlaşdırılsın, üstəlik, yaşanan qalmaqalda onun hüquqi məsuliyyəti araşdırma predmetinə çevrilsin.
Amma təəssüf ki, çoxlarını düşündürən bu məsələ hələ də arxa plandadır. Arif Əsgərova “gözün üstə qaşın var” deyilmir.
Bu ilin yanvarından etiraz aksiyası keçirən “Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin müxtəlif zamanlarda mətbuata açıqladıqları şikayətlər də Arif Əsgərovun rəhbərlik etdiyi qurumda korrupsiya və özbaşınalığın miqyasını təsəvvür etmək üçün ciddi ipucları verir. Onlar bildirmişdilər ki, “2013-cü ilin sentyabr ayından etibarən bizim əmək haqlarımız qaldırıldı. Tarif Şurasının sərəncamı olmadan, heç bir qurumdan göstəriş gəlmədən maaşlarımızı 110 manatdan qaldırıb etdilər 200-210 manat. Əgər heç bir əmr gəlmədən maaşlarımızı qaldıra bilirlərsə deməli öncədən də bizim maaşımız bu qədər olub. Sadəcə bunlar bizim neçə illərdir haqqımızı, halal zəhmətimizlə qazandığımız pullarımızı mənimsəyiblər. 2006-cı ildən etibarən işə götürülən qadın bələdçilərə 400-550 manat maaş verirdilər. Bizə isə 100-150 manat. Bunun səbəbini isə heç kəs açıqlamırdı. Biz işə qəbul olanda yazırdıq ki, xahiş edirik bizi bələdçi vəzifəsinə işə götürəsiniz. Orada yazılmırdı ki, siz 100 manatlıq bələdçi işinə, xanımlar isə 400 manatlıq bələdçi işinə qəbul edilirsiniz. Hamımız eyni işi görürük, bəlkə də biz onlardan da daha çox iş görürük.”
Şikayətçilər həmçinin bildirmişdilər ki, “rəhbərlik tərəfindən onlardan hər dəfə nağd şəkildə haqq alınıb”.
Amma bu faktlar belə, Arif Əsgərov barədə lazımi addımların atılmasına, “Azərbaycan Dəmir Yolları” QSC-nin adının KİV-də bir qayda olaraq neqativ şəkildə hallandırılmasının qarşısının alınmasına gətirib çıxarmadı. İndi bir sual qalır: görəsən, bu vəziyyət nə qədər davam edəcək?!
İlkin Rzazadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Arif Əsgərovun qohumu kassasiya şikayəti verib

    Arif Əsgərovun qohumu kassasiya şikayəti verib ...

    18-07-2019, 14:59

  • 
  • DəmirBank”ın “Mərkəz” filialının müdiri milyonları necə əldə edib?

    DəmirBank”ın “Mərkəz” filialının müdiri ...

    29-11-2013, 17:31

  • 
  • “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq maxinasiya

    “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq ...

    18-11-2013, 18:22

  • 
  • "DƏMİRBANK"IN "MƏRKƏZ" FİLİALINDA YEYİNTİ

    "DƏMİRBANK"IN "MƏRKƏZ" ...

    28-11-2013, 14:58

  • 
  • Arif Əsgərov 3 milyonluq qalmaqalda

    Arif Əsgərov 3 milyonluq qalmaqalda ...

    6-03-2017, 01:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu