“Freedom House” qeyri-hökumət təşkilatıdır. Heç bir beynəlxaq qurum ona ölkələrdə hansısa proseslərlə bağlı hesabat yaymaq səlahiyyəti verməyib”.
Bunu aznews.az-a açıqlama verən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, “Freedom House” 20 ildən artıqdır ki, Azərbaycanla bağlı qərəzli hesabatlar yayır: “Bu qurumun idarə heyətində ermənilər təmsil olunur, onlar erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərirlər. “Freedom House” Azərbaycandakı inkişafı görür, ancaq onların buna paxıllığı tutur, Leyla Yunus kimi şəxslərə qrantlar ayırırlar.
Onlar Azərbaycan dövlətçiliyi əleyhinə iş aparır və bu işə bir neçə partiyanı da cəlb edirlər. Məqsədləri isə ictimai-siyasi sabitliyi pozmaqdır. Bu təşkilatların marağı yalnız budur. Onlar Avropa Parlamentində və ABŞ Konqressində özlərinə havadarlar tutaraq ölkəmiz əleyhinə işlər aparırlar. Bu deputat və konqresmenlərin də paxırı açılıb.
Məlum olub ki, onlar QHT-lərə verdiyi pulların bir hissəsini mənimsəyərək vergidən yayınıblar. Əməllərini ört-basdır etmək üçün həbsdə olan QHT rəhbərlərinin təcili azad olunmasını tələb edirlər.”
Deputat əlavə edib ki, “Freedom House”un azərbaycanlı girovlarla bağlı heç bir açıqlama verməməsi də bu təşkilatın qərəzli olduğundan xəbər verir: “Bu qurum nəyə görə, bu günə kimi Azərbaycan girovları ilə bağlı hər hansısa bir bəyanat yaymayıb? Kəlbəcərə gedərək öz doğma yurdlarını ziyarət edən insanların hüququ məgər pozulmayıb? Bununla bağlı niyə bir söz demirlər?
“Freedom House” və bu tip təşkilatların ölkəmizə qarşı olan qərəzi açıq-aydın ortadadır. Bunların Azərbaycanla bağlı dediyi hansısa sözün ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, “Freedom House” təşkilatının prezidenti David Karmer Azərbaycan barədə açıqlama verərək ölkəmizdə insan haqlarının pozulması, hüquq müdafiəçilərinin isə qanunsuz olaraq həbs olunması barədə fikirlər səsləndirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?